PDF Oxu

Əsas

  • 35

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır

Ümummilli liderimizin vəfatının doqquzuncu ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Zərdabdakı Heydər Əliyev Mərkəzində "Ulu öndərin xatirəsi işığında" mövzusunda toplantı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirin əvvəlində xalqımızın böyük oğlu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra iştirakçılar şagirdlərin ifasında səsləndirilən "Sən elə bir zirvəsən" adlı əbədi-bədi kompozisiyaya baxmışlar.

Tədbirdə "Şərəf nişanı" ordenli, rayon veteranlar şurasının sədri Hüseyn Həsənov, keçmiş SSRİ Ali Sovetinin deputatı, "Əmək şöhrəti" ordenli Mətanət Abdurəhimova, iki dəfə "Qırmızı Əmək Bayrağı" ordenli, keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş və bürünc medallarına layiq görülmüş Xalid İftixarov və başqaları çıxış edərək ümummilli liderlə bağlı xatirələrindən danışmış, ulu öndərin Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən bəhs etmişlər.

Çıxışlarda 1978-ci ilin 23 may tarixi xüsusilə vurğulanmışdır. Məhz həmin gün ulu öndər Heydər Əliyev Zərdabda olmuş, Kür çayının daşması səbəbindən yaranmış təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışmışlar.

Azərbaycan Respublikasının bu gününün və gələcəyinin etibarlı əllərdə olmasından məmnunluqlarını ifadə edən çıxışçılar məzarı ümumxalq ziyarətgahına çevrilmiş ümummilli liderimizin əziz xatirəsinin xalqımızın, o cümlədən zərdablıların qəlbində əbədi yaşayacağını bildirmişlər.

AzərTAc

Digər xəbərlər