PDF Oxu

Əsas

  • 37

Türkiyədə ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılacaqdır

Türkiyədə ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılacaqdır

Türkiyənin müxtəlif şəhərlərində ulu öndər Heydər Əliyevin əziz xatirəsini anma tədbirləri keçiriləcəkdir.

Azərbaycanın Türkiyədəki səfirliyi Ankarada xalqımızın ümummilli liderinin adını daşıyan parkda, ulu öndərin möhtəşəm abidəsinin önündə anma mərasimi keçirəcəkdir.

Səfirlik, Bilkənd Universiteti və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkilatçılığı ilə Ankarada "Heydər Əliyev dünyasında mədəniyyət və sənət" mövzusunda konfrans da keçiriləcəkdir. Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin və Baş nazirin müavini Bəşir Atalayın da iştirak edəcəkləri tədbirdə siyasətçilər, alimlər və incəsənət xadimləri ulu öndərin bütün sahələrdə olduğu kimi, mədəniyyət və incəsənətin inkişafına də diqqət və qayğısından danışacaqlar.

Ümummilli lider Heydər Əliyevin xatirəsi İstanbulun Sarıyer rayonunda onun adını daşıyan parkdakı möhtəşəm abidəsinin önündə keçiriləcək mərasimdə də anılacaqdır. Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkil edəcəyi tədbirdə deputatlar, iş adamları, elm və incəsənət xadimləri iştirak edəcəklər.

Xalqımızın ümummilli liderinin əziz xatirəsi Qars, İzmir, Adana, Bursa və digər şəhərlərdə keçiriləcək mərasimlərdə də anılacaqdır.

AzərTAc

Digər xəbərlər