PDF Oxu

Əsas

  • 29

"Tarixi yaradan şəxsiyyət"

Elmi sessiya Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuşdu

"Tarixi yaradan şəxsiyyət"

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Tarixi yaradan şəxsiyyət" mövzusunda elmi sessiya keçirildi. Tədbirdə AMEA Mərkəzi - Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli çıxış edərək, müstəqil dövlətimizin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışdı. O bildirdi ki, müasir Azərbaycanın yaradıcısı və qurucusu olan Heydər Əliyev böyük şəxsiyyət olaraq əməlləri ilə tarixə iz salıb.

Ulu Öndərin elmin, təhsilin, mədəniyyətin, incəsənətin inkişafına daim böyük önəm verdiyini vurğulayan A.Əliyeva-Kəngərli Müdrik Şəxsiyyətin ideyalarının müasir dövümüzdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırdı. O, bildirdi ki, müasir dövrümüzdə təhsilin inkişaf dövrü yaşaması Heydər Əliyevin elm və təhsillə bağlı həyata keçirdiyi strategiyanın məntiqi nəticəsidir. Ölkənin bütün sahələrini əhatə edən bu məqsədyönlü fəaliyyət Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil edib.

Tədbirdə filologiya elmləri doktoru Gülşən Əliyeva "Millətinin imzasını yaradanda", AMEA-nın Mərkəzi-Elmi Kitabxanasının Heydər Əliyev irsinin təbliği şöbəsinin əməkdaşı Aytən Rəhimova "Böyük fenomenin tarixi irsi" və başqa mövzularında məruzələrlə çıxış etdilər. Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrini, ölkəmizdə qazanılan nailiyyətləri diqqətə çəkərək, Ulu Öndər Heydər Əliyev ideyalarının əbədiyaşarlığını bildirdilər.

Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətləri, dahi şəxsiyyətin dövlətçiliyimizin qorunması naminə həyata keçirdiyi daxili və xarici siyasəti də qeyd olnudu.

Məruzələr sona yetdikdən sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edən film nümayiş olundu.

NƏZAKƏT

Digər xəbərlər