PDF Oxu

Əsas

  • 25

Nizami rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şənlik keçirilib

Sədaqət Vəliyeva: "Prezident İlham Əliyev dünya azərbaycanlılarının alternativsiz lideridir"

Nizami rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şənlik keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Xəmsə" şadlıq sarayında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şənlik keçirilib.

Şənlikdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranması tarixindən və onun əhəmiyyətindən, bununla bağlı Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb.

Dünya azərbaycanlılarının təşkilatlanması və həmrəyliyi yolunda yeni mərhələnin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan millət vəkili qeyd edib ki, 2001-ci il mayın 23-də Ümummilli Lider bu istiqamətdə tarixi Sərəncam imzalayıb və həmin il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlılarının birinci qurultayı keçirilib: "Bu möhtəşəm tədbir dünya azərbaycanlılarını bir araya gətirmək yolunda ilk və ciddi addım kimi qiymətləndirilməlidir. Bu mühüm hadisə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri idi".

Sədaqət Vəliyeva onu da bildirib ki, bu gün müstəqil Azərbaycan dünyaya səpələnmiş 50 milyonluq xalqımızın vahid dövləti, Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev isə dünya azərbaycanlılarının alternativsiz lideridir.

Bayram sevincini gənclərlə bölüşən Bakı şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Yusifov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ildə keçirilmiş dünya azərbaycanlılarının birinci qurultayından sonra xarici ölkələrdə yaşayan soydaşlarımız və həmvətənlərimiz öz milli dövləti ətrafında sıx birləşiblər: "Bu sahədə aparılan müdrik siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Sonra Azərbaycanı Londonda keçirilmiş XIV Paralimpiya Oyunlarında layiqli şəkildə təmsil etdiyinə və bayrağımızı yüksəltdiyinə görə, Elçin Muradova partiya vəsiqəsi və fəxri fərman verilib. Eyni zamanda, rayonun ictimai-siyasi həyatında aktiv iştirakına görə, bir qrup gəncə də fəxri fərman və rayon təşkilatının daxilində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin yeni məzunlarına sertifikatlar təqdim edilib.

Rəsmi hissə bitdikdən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı başlayıb. Müxtəlif musiqilərin səsləndirilməsi, həmçinin, gənclər arasında viktorinanın keçirilməsi şənlik iştirakçılarına xoş ovqat bəxş edib.

Cabir

Digər xəbərlər