Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər Fondunun yaradılmasının bir ili tamam olur.
AzərTAc xəbər verir ki, bu münasibətlə "JW Mariott Absheron" otelində keçirilən tədbirdə ötən bir ildə Gənclər Fondunun ilk qrant müsabiqəsini keçirərək 129 layihə maliyyələşdirdiyi bildirilmişdir. Qeyd edilmişdir ki, Fond tərəfindən maliyyələşdirilmiş layihələr ölkəmizin 46 bölgəsini əhatə etmişdir. Bu müddət ərzində gənclərlə və gənclər təşkilatları ilə əməkdaşlıq edən Fond haqqında televiziya və radiolarda, xəbər portallarında, qəzetlərdə, yerli və beynəlxalq media resurslarında 1000-dən çox məlumat yayımlanmışdır.
Tədbirdə dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.
AzərTAc