PDF Oxu

Əsas

  • 23

Xeyriyyə tədbiri keçirildi

Xeyriyyə tədbiri keçirildi

Dünən YAP Suraxanı rayon təşkilatı və rayonun Əmircan qəsəbəsindəki 97 saylı tam orta ixtisas məktəbinin birgə təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xeyriyyə tədbiri keçirildi. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və partiya fəalları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədr müavini, rayon uşaq fondunun sədri, 97 saylı məktəbin direktoru Solmaz Səfərova ilk olaraq 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə iştirakçıları təbrik etdi. O bildirdi ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü Ümummllli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşmışdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızı bir məfkurə, bir ideya, bir məslək ətrafında birləşdirərək, müstəqilliyimizin təməlini möhkəmlətdi.

S.Səfərova gənclərin birlik və həmrəylik kimi ali dəyərləri məktəb partası arxasından aşılamağın vətənpərvərlik ruhunda böyüməsində önəmli olduğunu vurğuladı. Məktəbliləri bir məkanda toplamaq, onları həmrəy etmək gələcəkdə vətənpərvər, sülsevər nəslin yetişməsində böyük yardım göstərmiş olar. S.Səfərova Azərbaycan xalqının sülhsevər olduğunu, bütün ali dəyərləri özündə əks etdirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı: "Bu gün işğal altında olan torpaqlarımızın 20 %-nin Ermənistan işğal edib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yürüdülən məqsədyönlü siyasət nəticəsində Dağlıq Qarabağ torpaqlarının sülh yolu ilə qaytarılacaq. 2013-cü ildə məhz həmrəylik günümüzü tarixi torpaqlarımızda qeyd edəcəyik".

Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatı aparatının rəhbəri Fərman Rəsulov məktəbliləri bayram münasibəti ilə təbrik etdi. O, gələcəyin qurucusu və yaradıcısı olacaq şagirdlərə mütəqil dövlətin vətəndaşı olaraq yüksək biliklərə, elmə yiyələnməyi tövsiyə edərək, onlara dərslərində müvəffəqiyyətlər arzuladı. F.Rəsulov onu da bildirdi ki, bu gün Azərbaycanda yaşanılan sosial-iqtisadi yüksəliş, siyasi sabitlik məktəblilərin də əmin-amanlıq şəraitində təhsil almasına şərait yaradır. O, belə əlamətdar gün münasibəti ilə məktəbliləri bir daha təbrik edərək, onları vətənin müstəqilliyi, bütövlüyü yolunda həmrəylik göstərməyə çağırdı.

Çıxışlar sona yetdikdən sonra bayram şənliyi başlandı. Tədbirin ssenarisi, akt zalının yüksək zövqlə bəzədilməsi və təqdim olunan nümunələri məktəblilərin bu bayrama böyük həvəslə hazırlaşdığından xəbər verirdi. Şam ağacının rəngarəng şəkildə bərq vuran budaqları, Şaxta Baba və Qar Qız şənliyə başqa bir ovqat bəxş etdilər. Bu və ya digər atributlar nağıllı bir dünyanın sehrini sanki məktəblilərə söyləyəcəkdir. Klounların səhnədə görünməsi məktəlilərin xüsusi marağına səbəb oldu. Sərbəst, sözlü-söhbətli məktəlilərin yaşadıqları bu gün onların gələcək həyatına bir stimul, gözəllik verirdi və vətənə sevgi hissinin yaddaşlarına iz salacağı da heç şübhəsizdir.

Məktəblilərdə də bu şənliyə əliboş gəlməmişdilər. Onların da öz sovqatları oldu. Şagirdlərin ifasında səslənən şeirlər şənliyə yeni rəng əlavə edərək, onu daha da rövqnəqləndirdi. Tədbirin sonunda məktəblilərə xüsusi hazırlanmış 200-dən artıq yeni il hədiyyələri paylanıldı.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər