PDF Oxu

Əsas

  • 36

Dağıdıcı qüvvələr məğlubiyyətlərini dərk etməyə başlayıblar

Siyavuş Novruzov: "Söyün Sadıqova öz yeri göstərilib və həddi bildirilib ki, heç kim ona Azərbaycanın daxili işlərinə qarışmaq icazəsi verməyib"

Dağıdıcı qüvvələr məğlubiyyətlərini dərk etməyə başlayıblar

2013-cü il seçkiləri yaxınlaşdıqca, Azərbaycanda mövcud olan normal siyasi mühitə müdaxilələr edərək ictimai-sabitliyi pozub, siyasi maraqlarını yürütmək istəyən qüvvələrin fəallıqları artmaqda davam edir. Onu da qeyd edək ki, bu kimi qüvvələrlə yaxın təmaslarda olan tərəflər də məhz dağıdıcı müxalifət düşərgəsinin "liderləridirlər". Müxtəlif ictimai-siyasi hadisələr fonunda daim Azərbaycan dövlətçiliyinə zidd olan addımlar atmağa cəhd göstərən daxili və xarici qüvvələrin məqsədlərindən biri də ölkədə ajiotaj yarada biləcək hadisələrə rəvac verməkdir. Belə ki, dağıdıcı müxalifət partiyalarının "liderləri" ilə müəmmalı əməkdaşlıq edənlərdən biri də Rusiyada yaşayan iş adamı Söyün Sadıqovdur. Xatırladaq ki, S.Sadıqov həm də ermənipərəst davranışları ilə diqqət çəkib. Onun Rusiyada fəaliyyət göstərən erməni lobbisi ilə biznes əlaqələrinin olması, eyni zamanda, milli-mənəvi, dövlətçilik dəyərlərini erməni maraqlarına satması da zaman-zaman gündəmə çıxıb.

"Onun səviyyəsizliyi məcbur edir ki, ara-sıra belə açıqlamalar versin"

Haırda S.Sadıqovun "AzərRos" cəmiyyətindən qovulduğu da məlumdur. Bu və buna bənzər hadisələri qytmətləndirən Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, S.Sadıqov "AzərRos"-dan qovulub və ortalıqda qaldığı üçün Azərbaycan hakimiyyətinə qarşı ittihamlar səsləndirməklə özünə imic qazanmaq istəyir. Qeyd edək ki, özü ətrafında xam xəyallar quran S.Sadıqov daha da irəli gedərək, guya Azərbaycan hakimiyyətinin ona qarşı sui-qəsd (?) hazırlamasını da iddia edib.S. Sadıqovun Azərbaycan hakimiyyəti tərəfindən ona sui-qəsd hazırlanması ilə bağlı Rusiya telekanallarına verdiyi açıqlamasına münasibət bildirən S. Novruzov deyib ki, bu, onun reklam kampaniyasıdır və onun heç bir nüfuzu yoxdur: "O, kimdir ki, ona sui-qəsd hazırlayaq?! O, axı elə bir nüfuzu olan adam deyil. Gah Azərbaycanda, gah Gürcüstanda, hətta az qala ABŞ-da gedən proseslərə şərh verməyə çalışır. Amma bu, onun qabiliyyəti daxilində deyil".Siyavuş Novruzov S.Sadıqovun "2003 və 2008-ci illərdə prezident seçkilərində Rusiyanın Azərbaycana dəstək verməsi ilə bağlı açıqlamasına da maraqlı münasibət bildirib: "Bu yenə S.Sadıqovun səviyyəsizliyinin və bisavadlığının göstəricisidir. Azərbaycan Konstitusiyasında göstərildiyi kimi, hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan Prezidenti də xalqın dəstəyi ilə seçilib. Bu, keçmişdəki kimi deyil ki, deyirdilər İsa Qəmbərin parlamentə seçilməsi məsələsi 7, yaxud 8 ölkə ilə razılaşdırılıb və sair. İndi Azərbaycan liderini Azərbaycan xalqı seçir, gələcəkdə də seçəcək. Bunun əksini isə ancaq S.Sadıqov təxəyyüllü insanlar düşünə bilər. Onun səviyyəsizliyi məcbur edir ki, ara-sıra belə açıqlamalar versin. S.Sadıqova öz yeri göstərilib və həddi bildirilib ki, heç kim ona Azərbaycanın daxili işlərinə qarışmaq icazəsi verməyib ".

"Ümumiyyətlə, belə hadisələrdən şou düzəltmək onların köhnə peşəsidir və onların bununla bağlı nəsə deməyi bizim üçün heç vaxt əhəmiyyət kəsb eləmir"

Qeyd edək ki, "Ziyalılar Forumu" da dağıdıcı müxalifət "liderləri" və onların cəmləşdikləri "İctimai Palata" kimi daim Azərbaycan dövlətçiliyi əleyhinə kampaniyalarda başlıca yerlərdən birini tutur. Belə ki, orada təmsil olunan Rüstəm İbrahimbəyov, Eldar Namazov, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Rafiq Hüseynov kimi reneqatlar toplumu əllərinə düşən hər bir fürsətdən sui-istifadə edib, öz maraqları çərçivəsində istifadə etməyə səy göstərirlər. Xatırladaq ki, hələ ötən il R.İbrahimbəyovun rəhbərlik etdiyi Kinomatoqrafçılar İttifaqı içinə xitam verdikdən sonra, onun ətrafında olan xeyli kino və mədəniyyət xadimləri yeni qurumda birləşdilər. Bi ərəfədə isə Azərbaycan Respublikasının xalq artisti, milli kinomuzun tanınmış simalarından biri, ölkə ziyalısı Rasim Balayev də R.İbrahimbəyovun qurumunu sərt bəyanat verərək tərk etdi. Məhz bundan sonra "Ziyalılar Forumu" və dağıdıcı müxalifət düşərgəsinə yaxın mətbuat bu hadisəni ictimaiyyətə başqa cür sırımağa çalışır."Ziyalılar Forumu" xalq artisti Rasim Balayevin istefa bəyanatından YAP hakimiyyətinə böhtan atmaq üçün istifadə etmək istəyir. Üstəlik, cəmiyyət qarşısında bundan maraqlı bir şou da düzəltmək istəyirlər" deyə vurğulayan YAP İcra katibinin müavini Siyavuş Novruzov qeyd edib ki, nə YAP tərəfdən, nə də hakimiyyət tərəfindən xalq artistinin məlum bəyanatı verməsi ilə bağlı heç bir təzyiq göstərilməyib: "Kimlərsə bundan şou düzəldib, bizə qarşı oyun oynamaq istəyirlərsə, bərk yanılırlar. Çünki bu, əsası olmayan iddiadır. Ümumiyyətlə, belə hadisələrdən şou düzəltmək onların köhnə peşəsidir və onların bununla bağlı nəsə deməyi bizim üçün heç vaxt əhəmiyyət kəsb eləmir".Artıq bu kimi kampaniyaların köhnəldiyini, heç bir məntiqi nəticə verməyəcəyini yaxşı bilən bu kimi qüvvələr son anda nə edəcəklərini, hansı çıxış yolu axtarmalarını belə bilmirlər. Görünür, bu səbəbdən də, aqressivləşir və əsəblərini cilovlamaqda kifayət qədər çətinlik çəkirlər. Bu amil isə, o anlamı verməkdədir ki, həmin qüvvələr artıq indidən 2013-cü il seçkilərindəki məğlubiyyətlərini dərk etməyə başlayıblar.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər