PDF Oxu

Əsas

  • 32

İctimai-siyasi həyatımızın fəal hissəsi

Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir

İctimai-siyasi həyatımızın fəal hissəsi

Azərbaycanda müstəqillik dövrünün ilk illərində hərc-mərclik hökm sürürdü. Bu zaman ölkə gəncləri müxtəlif qrupların əlində oyuncağa çevrilmişdi. O dövrdə çox sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meyilləri öz əksini tapmışdır. Ölkənin milli və dövlətçilik maraqları gənclər üçün əhəmiyyətsiz vasitəyə çevrilmişdi. Bu cür arzuedilməz problemləri yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra aradan qaldırmağa başladı. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsinin vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə 1994-cü il iyulun 26-da Gənclər və İdman Turizm Nazirliyi yaradıldı. 1996-cı il 2 fevral tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1 fevral 1997-ci il tarixində forumun ildönümü münasibətilə gənclərin bir qurupunu qəbul edən Ümummilli Lider Heydər Əliyev 2 fevral Azərbaycanda "Gənclər Günü"nün elan edilməsi haqqında Sərəncam imzaladı. Bu gün gənclər ictimai-siyasi həyatda fəal iştirak edirlər. Gənclərini problemləri ilə maraqlanan dövlət orqanları və müxtəlif komitələr fəaliyyət göstərir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti haqqında Fərmanı bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin həyat keçirdiyi gənclər siyasəti müxtəlif istiqamətləri təşkil edir. Bu istiqamətlərdə müxtəlif dövlət proqramları vasitəsilə həyata keçirilir. Burada gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının təşkili, hüquqlarının müdafiəsi, ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyev Sərəncamı ilə gənclərin potensialından ölkənin mənafeyi naminə düzgün istifadə olunması, onların məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirlməsi məqsədilə bir sıra dövlət proqramları qəbul olunub. Bu dövlət proqramlarında gənclərin sosial müdafiəsi, məşğulluğun təmin eidlməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli ruhda təhsil, tərbiyə, yaradıcılıq axtarışlarının sitimullaşdırılması kimi tədbirlər kompleksi həyata keçirilir. Elə 2007-ci ildə "Gənclər İli" elan edilməsi gənclərə olan dövlət qayğısının böyük təcəssümüdür. Elə bu ildə və bundan sonrakı illərdə həyata keçirilən bütün tədbirlər gənclərimizin cəmiyyət həyatında fəallığının artırılmasına mühüm töhfələr verdi.

Qeyd edim ki, gənclər siyasətinin mühüm tərəflərində biri gənclərin elmi biliklərinin artırılmasıdır. Bunu nəzərə alan dövlətimiz Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə 2007-2015-ci illər Dövlət Proqramı məhz bu məqsədə xidmət edir. Eyni zamanda, mənzil almaq üçün ipoteka kreditlərinin verilməsi gənclərə, xüsusilə də, gənc ailələrə qayğıdan irəli gəlir. Prezident İlham Əliyev Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramını təsdiq edib. Belə ki, gənclərimizin hər il dövlət başçısı ilə görüşündə qaldırılan məsələlərin əksəriyyəti nəzərə alınır və Dövlət Proqramında bu məsələlər öz əksini tapır. Bir sözlə, Azərbaycan gəncləri bu gün də ölkə hüdudlarından kənarda özünü təsdiq edir. Həmin gənclər dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışırlar. Hal-hazırda, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın sədrliyi ilə Rusiyada AMOR adlı gənclər təşkilatı fəaliyyət göstərir ki, bu təşkilatın dəstəyi ilə Azərbaycan həqiqətlərinin dünyanın böyük dövlətlərinə çatdırılmasında rolu əvəzsizdir.

Ruqiyyə Cəfərova

Digər xəbərlər