PDF Oxu

Əsas

  • 33

Əli Əhmədov: "Azərbaycanda çox ləyaqətli, dünyagörüşlü gənclər formalaşıb"

Əli Əhmədov: "Azərbaycanda çox ləyaqətli, dünyagörüşlü gənclər formalaşıb"

Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri, bütövlükdə isə hakim partiya Gənclər Gününün qeyd olunması ilə əlaqədar silsilə tədbirlər keçirir. Bu gün YAP Nizami rayon təşkilatında Heydər Əliyev məktəbinin növbəti kursunun açılış mərasiminin digər mənası isə ondan ibarətdir ki, artıq YAP Nizami rayon təşkilatının nəzdində Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Bunu SİA-ya YAP-ın Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov deyib.

YAP-ın Sədr müavinin sözlərinə görə, YAP-ın sıralarında xeyli sayda və eyni zamanda kifayət qədər ictimai-siyasi fəallığı, bilikləri ilə fərqlənən gənclər cəmləşiblər: "Bu gənclər Azərbaycan dövlətçiliyinin qorunmasına, inkişaf etdirilməsinə hər zaman hazır olan bir mövqedə dayanırlar. İnanıram ki, bu gənclər bütövlükdə ölkəmizin bundan sonrakı inkişafına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin reallaşmasına, uğurlar qazanmasına töhvələr vermək əzmində olan gənclərdir. Biz həmişə gənclərlə görüşlərin keçirilməsinə böyük önəm vermişik. Hesab edirəm ki, Azərbaycanda çox ləyaqətli, yüksək vətənpərvərliyi ilə seçilən, geniş biliklərə və dünyagörüşünə malik olan gənclər formalaşıb. Bu gənclər müasir Azərbaycanın inkişaf etdirilməsinə böyük töhvələr vermək iqtidarındadılar".

sia.az

Digər xəbərlər