PDF Oxu

Əsas

  • 40

YAP Nizami rayon təşkilatında «Heydər Əliyev Məktəbi»nin növbəti kursunun açılışı olub

YAP Nizami rayon təşkilatında «Heydər Əliyev Məktəbi»nin növbəti kursunun açılışı olub

Bu gün Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında partiyanın gənc fəalları üçün yaradılmış "Heydər Əliyev Məktəbi"nin növbəti kursunun açılışı olub. Gəncləri qarşıdan gələn 2 fevral Gənclər Günü münasibətilə təbrik edən rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva "Heydər Əliyev Məktəbi"nin yeni nəslin intellektual inkişafında böyük rol oynayacağına inandığını deyib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov "Heydər Əliyev məktəbi"nin yeni dinləyicilərinə uğurlar arzulayıb. Əli Əhmədov məmnunluq hissi ilə qeyd edib ki, YAP-ın sıralarında çoxlu sayda, kifayət qədər yüksək ictimai-siyasi fəallıqları ilə fərqlənən gənclər cəmləşiblər. Onun sözlərinə görə, bu gənclər Azərbaycan dövlətçiliyinin qorunmasına və inkişaf etdirilməsinə həmişə hazır olan bir mövqedə dayanıblar.

"İnanıram ki, gənclər bütövlükdə Azərbaycanın bundan sonrakı inkişafına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin reallaşmasına, uğurlar qazanmasına öz töhfələrini vermək əzmində olan gənclərdir. Biz həmişə gənclərlə görüşməyə önəm veririk. Hesab edirəm ki, Azərbaycanda çox ləyaqətli, yüksək vətənpərvərliyi ilə seçilən, geniş biliklərə və dünyagörüşünə malik olan gənclər formalaşıb. Bu gənclər müasir Azərbaycanın inkişaf etdirilməsinə böyük töhfələr vermək iqtidarındadır"- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov YAP Nizami rayon təşkilatının nəzdində belə bir məktəbinin yaradılmasının əhəmiyyətli olduğunu deyib. Heydər Əliyevin Azərbaycan xalqının yetişdirdiyi ən böyük simalardan biri olduğunu deyən Əli Əhmədov bildirib ki, müstəqil Azərbaycan dövlətinin inkişafı Ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır.

YAP Sədrinin müavini bu gün Heydər Əliyev siyasətinin uğurla həyata keçirildiyini və bunun nəticəsində də ölkəmizin dinamik inkişaf yolunda olduğunu qeyd edib. Gənclərə Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyi tövsiyə edən Əli Əhmədov Ulu öndərimizin müəyyən etdiyi siyasətin xalqımızın və dövlətimizin firəvan gələcəyinə xidmət etdiyini vurğulayıb. Qazanılan uğurlarla yanaşı Azərbaycanın qarşısında yeni vəzifələrin dayandığını deyən Əli Əhmədov bu hədəflərə çatmaq üçün gənclərin də fəal iştirak edəcəyinə inamını ifadə edib. eyni zamanda, bu il ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan Əli Əhmədov bildirib ki, bu seçkilərdə YAP-ın namizədi, cənab İlham Əliyevin böyük qələbə qazanacağı şübhə doğurmur.

YAP Siyasi Şurasının üzvü, Nizami rayon İcra hakimiyyətinin başçısı Tahir Budaqov gənclərin Heydər Əliyev siyasətinin həyata keçirilməsində fəal iştirak etdiklərini bildirib. O, Nizami rayon gənclərinin də ictimai-siyasi proseslərdə, quruculuq işlərində öz töhfələrini verdiklərini vurğulayıb.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, Ulu öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi gənclər üçün böyük əhəmiyyət kəsb edir.

Daha sonra "Heydər Əliyev Məktəbi"nin ötən ilki məzunlarının bir qrupuna sertifikatlar təqdim olunub. Eyni zamanda, bir neçə nəfərə ictimai-siyasi fəallıqlarına görə fəxri fərmanlar, YAP üzvlüyünə qəbul olunmuş şəxslərə isə partiya vəsiqələri təqdim edilib.

yap.org.az

Digər xəbərlər