PDF Oxu

Əsas

  • 39

YAP Nizami rayon təşkilatının gəncləri sosial aksiya keçiriblər

YAP Nizami rayon təşkilatının gəncləri sosial aksiya keçiriblər

YAP Nizami rayon təşkilatının gəncləri 2 fevral – Gənclər Günü ilə bağlı tədbirlərini davam etdirməkdədir. Həmin silsilə tədbirlər sırasından ötən gün YAP Nizami rayon təşkilatının gəncləri sosial aksiya keçiriblər. Belə ki, rayonun Naxçıvanski, İ.Məmmədov, B.Nuriyev, Rüstəmov, Q.Qarayev, Çobanzadə ünvanlarında yaşayan kimsəsiz və təhna ahılların evləri ziyarət edilib, yardımlar aparılıb.

Kimsəsiz ahıllarla görüşlərdə gənclər onların problemlərilə maraqlanıb, günəlik məişət işlərini görüblər. Bu aksiyaya görə, təşəkkürünü bildirən ahıllar YAP-ın Sədri, Prezident İlham Əliyevə yaradılmış şəraitə görə minnətdarlıqlarını ifadə ediblər. Hətta, B.Nuriyev küçəsində yaşayan Makarova Valentina gənclərin bu aksiyasından həyəcanlandığını və sevincini gizlədə bilmədiyini vurğulayıb. Vaxtilə hərbi sistemdə çalışdığını deyən Makarova Valentina, həmçinin, gənclərə daim dövlətçiliyi müdafiə etməyi tövsiyə edib: "Arzum budur ki, gənclərimiz Azərbaycanı sevməyən adamların yalançı vədlərinə inanmasın və onların hərəkətlərinə dəstək verməsinlər".

Qeyd edək ki, qruplar şəklində onlarla evi ziyarət etmiş gənclər bu aksiya ilə daim ahılların diqqət mərkəzində olduğunu nümayiş etdiriblər. Eyni zamanda, gənclər bu cür sosial aksiyalarla cəmiyyətin diqqətini bu sahəyə cəlb etməyə çalışırlar.

yap.org.az

Digər xəbərlər