PDF Oxu

Əsas

  • 57

YAP Nizami rayon təşkilatının qərargahında 18 yaşı tamam olmuş və bu il ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

YAP Nizami rayon təşkilatının qərargahında 18 yaşı tamam olmuş və bu il ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

YAP Nizami rayon təşkilatında 18 yaşı tamam olmuş və bu il ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva gəncləri təbrik edib. Azərbaycanda dövlət gənclər siyasətinin, bədən tərbiyəsi və idmanın inkişafının Ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır və olduğunu diqqətə çatdıran millət vəkili, 1996-cı ildə Ulu öndərin təşəbbüsü ilə gənclərin I Forumunun keçirilməsinin ölkəmizdə gənclər təşkilatlarının işinin əlaqələndirilməsində mühüm rol oynadığını xüsusi vurğulayıb: "Sevindirici haldır ki, bu gün gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub".

Çıxış edən rayonun gənc fəallarından Fərid Qasımov, Samir Əhmədov, Asif Əliyev, həmçinin, xaricdə təhsil alan gənclərimizdən Tural Şahbazlı qeyd ediblər ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına müsbət təsir göstərir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının təzahürü olaraq, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında" Fərmanlar bu istiqamətdə görülən mühüm tədbirlərdəndir.

Sonda partiyaya yeni qəbul olunmuş gənclərə vəsiqələr və hədiyyələr təqdim edilib.

yap.org.az

Digər xəbərlər