YAP Yevlax rayon təşkilatı 2 Fevral Gənclər Günü ilə bağlı gənclərlə görüş keçirilib
YAP Yevlax rayon təşkilatı 2 Fevral Gənclər Günü ilə bağlı "Gəncliyimiz gələcəyimizdir" mövzusunda gənclərlə görüş keçirib. YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev bildirib ki, hər ilin 2 fevral günü ölkəmizdə "Gənclər Günü" kimi qeyd edilir: "Bu bayramın gəncliyə Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş ən gözəl hədiyyə olduğunu desək, yanılmarıq. Azərbaycan gəncini ağıllı, məntiqli, müstəqil görmək Ümummilli Liderin ən böyük arzusu idi. 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə Azərbaycan gəncləri forumu keçirilərkən Ulu Öndər demişdir: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də, Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun".
Bayram tədbirində YAP Yevlax rayon təşkilatı gənclər birliyinin sədri Ariz Mikayılov, Günel Süleymanzadə və başqaları bildirdilər ki, biz hər birimiz cənab Prezidentimizin apardığı gənclər siyasətini ürəkdən bəyənir, dövlət başçımızın ətrafında sıx birləşərək, Onun apardığı uğurlu siyasəti dəstəkləyir, qarşıdan gələn 2013-cü il Prezident seçkisində səsimizi YAP-ın vahid namizədi cənab İlham Əliyevə verəcəyik.
Rayon gənclər və idman idarəsini rəisi Binyamin Musayev və YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri Əminə Əhmədova yekun nitqi ilə çıxış edərək, ölkəmizdə gənclərə göstərilən qayğıdan, onların imtiyazlarından və gələcəkdə Azərbaycan gəncliyinin inkişafına dövlət dəstəyindən geniş söz açdılar.
Tədbirdə Yeni Azərbaycan Partiyası ilə bağlı film nümayiş etdirildi. Sonda YAP-na yeni qəbul olunan bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olundu. Həmçinin, partiyanın işində fərqlənənlərə YAP Yevlax rayon təşkilatının fəxri fərman və qiymətli hədiyyələri ilə təltif olundu.
A.Səmədova