PDF Oxu

Əsas

  • 42

Gənclər qaynar həyata, xoşbəxt gələcəyə uğurlu baxışdır

Səbailli gənclər "Gənclər Günü"nü möhtəşəm bayram şənliyi ilə qeyd etdi

Gənclər qaynar həyata, xoşbəxt gələcəyə uğurlu baxışdır

Dünən Dövlət Bayrağı Meydanındakı "Kristall-Hall"da Səbail rayon gənclərinin 2 Fevral - "Gənclər Günü"nə həsr olunmuş möhtəşəm bayram balı keçirildi. Rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoci fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gənclərin, rayon ictimaiyyətinin nümayəndələrinin, çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bayram münasibəti ilə gəncləri təbrik etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi. Millətin yaşaması və inkişafı üçün təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və inadkarlıq lazımdır. Ümummilli Liderimiz Heydər Əliyev 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratdı və xalqının gənclərini bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və Ulu Öndər Heydər Əliyevin elə həmin gün imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycan "Gənclər Günü" elan edildi".

A.Əsgərov bildirdi ki, gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır: "2007-ci ilin "Gənclər İli" elan edilməsi, "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi həmin işlərin bir hissəsidir. Səbail rayon əhalisinin təqribən 21,5 faizini gənclər təşkil edir. Keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür".

Tədbirdə çıxış edən digər çıxışçılar ölkədə və Səbail rayonunda gənclərlə bağlı görülən işlərdən çıxış edərək, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən danışaraq, bildiriblər ki, bütün bunlar Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxmışdır.

Tədbirdə 2012-ci ildə əldə etdiyi nailiyyətlərdə xüsusi əməyi olan, ictimai işlərdə fərqlənən ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə Səbail rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.

Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə başa çatdı.

RƏFİQƏ

Digər xəbərlər