PDF Oxu

Əsas

  • 45

Güclü gənclik gələcəyin qurucusudur

YAP Goranboy rayon təşkilatı "Gənclər Günü"nü qeyd etdi

Güclü gənclik gələcəyin qurucusudur

YAP Goranboy rayon təşkilatı gənclər birliyi rayon gənclər və idian idarəsi ilə birgə 2 fevral "Gənclər Günü" ilə əlaqədar tədbir keçirilib. Tədbiri YAP Goranboy rayon təşkilatı gənclər birliyinin sədri Nicat Həsənov çıxış edərək, gənclərə göstərilən qayğıdan danışdı. Bildirdi ki, bu gün respublikamızda hər sahədə sürətlə gedən dinamik inkişafda gənclərin yeri və rolu olduqca böyükdür: "Azərbaycan gəncini bu gün hər sahədə istənilən peşə və vəzifədə görmək mümkündür. Bu isə dövlətin gənclər siyasətinə olan diqqəti, gənclərə göstərdiyi etimadın yüksək səviyyədə olmasıdır. Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin gənc nəsilə olan diqqət və qayğısı, onların sosial rifah halının daha da yaxşılaşdırılması baxımından həyata keçirdiyi uğurlu gənclər siyasəti haqqında Dövlət Proqramı bütün bölgələrdə olduğu kimi, rayonumuzda da müvəffəqiyyətlə həyata keçirilir".

Gənclər və idman idarəsində aparıcı mütəxəssis Sahil Hüseynov, ailə və uşaqlara dəstək mərkəzinin psixoloqu İnarə Həsənova, Heydər Əliyev muzeyində bələdçi işləyən Həsən Şirinov, YAP Goranboy rayon təşkilatının sədr müavini Əzra Həşimova çıxışlarında qeyd etdilər ki, bu gün Azərbaycan gəncliyi özünün ən xoşbəxt çağlarını yaşayır. Gənclər dövlət tərəfindən layiqincə qiymətləndirilir, qayğı ilə əhatə olunur. Çıxış edənlər onu da vurğulayıblar ki, Azərbaycan gəncliyinin səsi dünyanın ən mötəbər tribunalarından, konfrans və elmi simpoziumlarından gəlir. Gənclərin dövlət quruculuğu prosesində yaxından iştirakı onlara göstərilən diqqət və qayğının ən yaxın nümunəsidir. Son illər ölkədə aparılan sosial-iqtisadi quruculuq işləri, idmanın inkişafı, məhz Azərbaycan gəncliyinin ölkəmizin içtimai-siyasi həyatındakı özünə məxsus yeri ilə sıx bağlıdır. Gənclərin mütəşəkkil şəkildə elmə və təhsilə cəlb edilməsi ölkəmizin, biz gənclərin etibarlı əllərdə olduğunu deməyə əsas verir. Onlar daha sonra qeyd etdilər ki, ötən seçkilərdə yüksək təcrübə qazanan gənclərimiz 2013-ci ildə də öz təcrübələrinə arxalanıb respublika Prezidenti İlham Əliyevi dəstəkləyəcəklər.

Rayon icra hakimiyyəti başçısının müavini, YAP Goranboy rayon təşkilatının səri Elçin İsmayılov çıxışında qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətində gənclərə xüsusi diqqət və qayğı ilə yanaşması, onların problemlərinin zaman-zaman öz həllini taparaq və gənclərin hərtərəfli inkişafı üçün perspektiv planlar quruldu: "Təsadüfü deyil ki, əbədiyaşar lider Yeni Azərbaycan Partiyası çərçivəsində, istərsə də partiyadan kənarda fəaliyyət göstərən gənclərə etimad göstərərək, onların irəli çəkilməsi haqqında dəfələrlə tövsiyyələr vermiş və dövlətin gənclər siyasətini çox uğurla həyata keçirmişdir. Çünki gənclərin problemlərinin həlli, onların sosial müdafiəsi, intellektual, elmi, fiziki inkişafı sahəsində ardıcıl və məqsədyönlü siyasətin həyata keçirilməsi Azərbaycan dövlətinin əsas məqsədi və vəzifələrindən olmuş və olaraq qalmaqdadır. Məhz bu qayğıya görə Azərbaycan gəncliyi bütün mövcud çətinliklərə və problemlərə uğurla sinə gərərək, irəliyə doğru addımlayır və işıqlı sabaha böyük inamla baxır. Onların problemlərinin arzuolunan istiqamətə yönəldilməsi, bilavasitə, Azərbaycan dövlətçiliyinin inkişafına, çiçəklənməsinə xidmət edir".

E.İsmayılov bildirdi ki, bu gün Azərbaycan gəncliyi fəxr edir ki, müstəqil Azərbaycan dövlətinə Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı İlham Əliyev cənabları başçılıq edir: "Azərbaycanın demokratik və sivil ruhlu gəncləri həmişə Ümummilli Liderimizin "Azərbaycan dövlət müstəqilliyi dönməzdir, əbədidir və Azərbaycan gəncləri bu müstəqilliyi göz bəbəyi kimi qoruyacaqlar" fikrini özləri üçün rəhbər tutur, Prezident İlham Əliyev cənablarının apardığı uğurlu siyasəti dəstəkləyir, bu siyasətin həyata keçirilməsində fəal rol oynayırlar. Qarşıda bizi daha bir sınaq gözləyir. 2013-ci il prezident seçkiləridir. Əminəm ki, bu seçkidə də Goranboy gəncləri öz təbliğatları ilə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklər".

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyanın vəsiqələri təqdim edildi.

R.Hüseynova

Digər xəbərlər