Bu gün Yeni Azərbaycan Partiyası Gənclərinin Birliyinin aktiv gənclərindən ibarət növbəti heyəti "Qış məktəb"i üçün Oğuz rayonuna yola düşüb. SİA-nın məlumatına görə, layihə çərçivəsində YAP rəhbərliyi, Milli Məclisin deputatları gənclərin qonağı olacaq.
Qeyd edək ki, layihədə Bakı şəhəri ilə yanaşı bölgələri də təmsil edən 100-ə yaxın gənc iştirak edir. "Qış məktəbi"ndə gənclərimiz üçün intellektual yarışlar, sosial şəbəkələrdə iştirak, seçki prosesində fəal iştirak və digər maraqlı təqdimatlar təşkil olunacaq.
sia.az