PDF Oxu

Əsas

  • 67

Nizami rayon ağsaqqalları artıq seçimlərini ediblər

Nizami rayon ağsaqqalları artıq seçimlərini ediblər

Respublika Ağsaqqallar Şurası Nizami rayon təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə çıxış edən rayon ağsaqqallar şurasının sədri Mail Əliyev ümummilli lider Heydər Əliyevin hər zaman ağsaqqallara qayğı göstərdiyini, onların fikirlərini maraqla dinlədiyini və ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətində onlara həmişə önəm verdiyini bildirib. Ulu öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sədr qeyd edib ki, ötən il rayon ağsaqqalları dövlət əhəmiyyətli tədbirlərdə yaxından iştirak etmiş, gənclərlə görüşlərdə onlara öz məsləhət və nəsihətlərini veriblər. Bununla yanaşı 2012-ci ildə YAP rayon təşkilatı ilə Naftalan şəhərində yerləşən N saylı hərbi hissədə olub, ön cəbhədə xidmət edən əsgərlərlə görüşüb və onlarla yaxından maraqlanıblar.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək vurğulayıb ki, rayonun sosial-iqtisadi inkişafında və ictimai həyatında qazandığı uğurlarda rayon ağsaqqallarının da mühüm rolu olub.

Qeyd olunub ki, rayon ağsaqqalları rayonda keçirilmiş tədbirlərdə, gənclərlə görüşlərdə onların hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsində yaxından iştirak ediblər. Rayon ağsaqqalları həmişə olduğu kimi Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcək və bu il keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəklər.

Sonra rayon təşkilatının idarə heyətinin üzvləri, sədr müavinləri və Respublika Ağsaqqallar Şurasının qurultayına nümayəndələr seçilib.

Tədbirdə Milli Məclisin deputatı, YAP Nizami Rayon Təşkilatının sədri Sədaqət Vəliyeva və başqalarının çıxışları dinlənilib.

sia.az

Digər xəbərlər