"Ermənistanda son günlərdə prezidentliyə namizədlərə qarşı baş verən siyasi sui-qəsdlərlə bağlı beynəlxalq ictimaiyyət tərəfindən qeyri-obyektiv və ədalətsiz bir mövqe nümayiş olunur". Bunu SİA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
O bildirb ki, qonşu ölkələrdə, eləcə də Ermənmistanda namizədlərin güllələnməsi ilə bağlı Avropa Birliyinin yüksək səviyyəli rəsmiləri susqun qalarkən, Azərbaycanda həmin rəsmilər istintaqın gedişatına təyziq etmək cəhdləri nümayiş etdirirlər: "Təbii ki, bu vəziyyət Azərbaycanda təəssüf doğurucu bir haldır və bu birmənalı şəkildə qəbul edirlməz bir faktdır. Özlərini demokratiyanın və insan hüquqlarının beşiyi adlandıran avropalı rəsmilər çox yaxşı bilməlidirlər ki, istintaqın gedişatına, məhkəmələrin qərarlarına müdaxilə və təyziq etmək olmaz. Azərbaycana gəldikdə isə istintaqın gedişatına təyziq edirlər, qəbuledilməz bəyanatlar səsləndirirlər. Lakin təəssüflər olsun ki, Ermənistanda bu günlərdə baş verən siyasi sui-qəsdlərə, prezidentliyə namizədlərin güllələnməsinə göz yumurlar. Bununla bağlı hansısa bir mövqe səsləndirmirlər. Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır və biz Avropa Birliyinin bu münasibətini qəbul etmirik".
Nazirliyin rəsmisi Avropa Birliyinin Ermənistanda baş verən son hadisələrə münasibət bildirməməsinə Azərbaycan tərəfinin münasibətini bildirib: "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi hazırda Tiflisdə təşkil olunan Avropa İttifaqının "Şərq Tərəfdaşlıq Proqramı"nın qeyri rəsmi toplantısında iştirak edir. Toplantıda bu məsələ ilə bağlı Azərbaycan tərəfinin kəskin mövqeyi və narazılığı Avropa İttifaqına çatdırılacaq".
sia.az