Əli Əhmədov: "YAP gəncləri partiyamızın gücünün, fəallığının formalaşmasında ictimai-ısiyasi həyatda partiyamızın yaxından
iştirak etməsində əhəmiyyətli bir qüvvəyə, gücə çevriliblər"
Fevralın 11-dən başlamış Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Qış məktəbi"ndə Bakı şəhərini, eləcə də, respublikamızın müxtəlif bölgələrini təmsil edən 100-ə yaxın fəal gənc iştirak edir. Proqrama uyğun olaraq gənclərlə "2013-cü il - İKT ili - əldə olunmuş nailiyyətlər və qarşıdakı hədəflər", "Gəncliyin seçimi: elm və idman", "Seçki kampaniyasının idarə olunmasının təşkili və seçki mesajının hazırlanması", "Müasir cəmiyyətdə informasiyanın gücü", "Vaxtın idarə olunması" və digər mövzularda interaktiv təlimlər, seminar-diskussiyalar keçirilmişdir. Bundan əlavə, gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün interaktiv oyunlar, müxtəlif idman yarışları da təşkil olunmuşdur.
Fevralın 14-də Oğuz rayonu "Afra" istirahət mərkəzində Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Qış məktəbi"i lahiyəsi çərçivəsində YAP Sədrinin müavini - İcra katibi, millət vəkili Əli Əhmədov YAP Gənclər Birliyinin üzvləri ilə görüş keçirib.
Qonaqlar qış məktəbi haqqında videorolik izləyib və həyata keçirilən layihələr, oyunlarla tanış olublar. Görüşdə YAP İcra katibi, millət vəkili Əli Əhmədov Azərbaycan dövlətinin gənclərə böyük diqqət və qayğı göstərdiyini qeyd edib: "Gənclərin təhsil alması, işləməsi, istirahət etməsi, gənclərimizin qayğısız böyüməsi üçün, layiqli vətəndaş kimi yetişməsi üçün lazım olan bütün imkan və şərait yaradılıb. Yeni Azərbaycan Partiyası hökumətimizin müəyyənləşdirdiyi bu siyasətin həyata keçirilməsi üçün öz imkanları çərçivəsində bir çox layihələr həyata keçirir. "Gənclərin təhsil alması, işləməsi, istirahət etməsi, gənclərimizin qayğısız böyüməsi üçün, layiqli vətəndaş kimi yetişməsi üçün lazım olan bütün imkan və şərait yaradılıb. Yeni Azərbaycan Partiyası hökumətimizin müəyyənləşdirdiyi bu siyasətin həyata keçirilməsi üçün öz imkanları çərçivəsində bir çox layihələr həyata keçirir. Bütövlükdə hesab edirəm ki, YAP gəncləri partiyamızın gücünün, fəallığının formalaşmasında ictimai-siyasi həyatda partiyamızın yaxından iştirak etməsində əhəmiyyətli bir qüvvəyə, gücə çevriliblər".
"Heydər Əliyev irsi milli sərvət kimi" mövzusunda diskussiyada iştirak edən YAP Sədrinin müavini bildirib ki, gənclərə diqqət və qayğı, gənclərlə iş partiyanın əsas məqsədlərindən, əsas hədəflərindən biridir: "Belə məktəblərin həyata keçirilməsi ilə bağlı ideyanın meydana çıxması Azərbaycan hökumətinin gənclər siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. Bildirilmişdir ki, partiyanın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu irs də elə ondan ibarətdir ki, bütün Azərbaycan dövləti, eləcə də, YAP gəncləri öz ətrafında daha sıx birləşdirərək, daim onlara qayğı göstərsin. YAP Ulu Öndərin irsinə istinad edərək, həmçinin, partiyanın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə uyğun olaraq gənclərlə işi öz gündəlik fəaliyyətinin ən əsas istiqamətlərindən biri hesab edir".
YAP İcra katibi Əli Əhmədov YAP-ın ətrafında birləşən gəncləri Azərbaycanın, Yeni Azərbaycan Partiyasının gələcəyinin təmin edilməsində öz üzərinə əhəmiyyətli bir missiyanı götürdüyünü də vurğulayıb: "YAP olaraq biz də gənclərimizin həmin missiyanı yerinə yetirməsi üçün onların hazırlanmasına lazım olan dəstəyi veririk və bundan sonra da verəcəyik. Bizim gənclərimiz gələcəyin Azərbaycanın uğurlarının təmin edilməsində əhəmiyyətli rol oynayacaqlar. Əslində, Azərbaycanın gələcəyi bu gün formalaşan, yetişən, böyüyən gənclər deməkdir. Azərbaycan hökumətinin yürütdüyü siyasət, Prezidentimizin həyata keçirdiyi strategiya güman edirəm ki, Yeni Azərbaycan Partiyasının gəncləri kimi Sizlərə məlumdur. Bizim həyata keçirdiyimiz siyasətin əsas qayəsi, məqsədi insandır. İnsanların daha yaxşı firavan həyatının maraqlı və layiqli həyatının təmin edilməsindən ibarətdir. Təbii ki, bu məqsədə çatmaq üçün başlıca vəzifələrdən biri Azərbaycan iqtisadiyyatının gücləndirilməsi, iqtisadi inkişafının təmin edilməsidir".
Daha sonra YAP İcra katibi Əli Əhmədov 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkilərindən söz açıb və bu işdə də gənclərin xüsusi rolunun olduğunu qeyd edib.
Sonda Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov gəncləri maraqlandıran suallara cavab verib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbirdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov iştitirak ediblər.
RƏFİQƏ HÜSEYNOVA