PDF Oxu

Əsas

  • 96

YAP gəncləri e-mail aksiyası keçirib

YAP gəncləri e-mail aksiyası keçirib

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Xocalıya ədalət" kampaniyası çərçivəsində e-mail aksiyası keçirib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, birliyinin sədr müavinləri, partiyanın bütün rayon və şəhər təşkilatlarının gənclər birliklərinin üzvləri iştirak edib.Tədbiri giriş nitqi ilə açan YAP GB-nın sədri Seymur Orucov bildirib ki, Xocalı faciəsi ilə bağlı Azərbaycanda bir çox işlər görülüb. Xüsusilə Heydər Əliyev Fondu bu məsələ ilə bağlı aparılan bütün tədbirlərə dəstək verir və çox aktiv iştirak edir: "Bizim Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri də Azərbaycanın aparıcı qüvvəsi hesab olunur. Belə olan təqdirdə, biz gənclər qərara gəldik ki, müxtəlif yollarla Xocalı faciəsi ilə bağlı aparılan işlərə dəstək verək. Biz hal-hazırda Amerika (ABŞ) Dövlət Departamentinin bu məsələlərə baxan müvafiq strukturlarına lazımi müraciətlərimizi etmişik. Bir çox Avropa ölkələrinin qəbul etdiyi sənədlər hətta indi erməniləri də şoka salıb. Amerika ölkələrinin bir çoxunda bu sənədlər artıq qəbul edilməkdədir. Eləcə də müsəlman dünyası bu işə öz reaksiyasını verib. Biz gənclər də bu işdə həmişə aktiv olmuşuq və bundan sonra da bunu davam etdirəcəyik. Bu tədbir son deyil. Biz nəzərdə tutmuşuq ki, Millət vəkillərinin də iştirakı ilə dəyirmi masalar təşkil edək. Bununla belə, fevralın 26-da gənclərlə birlikdə Xocalı abidəsini ziyarət edəcəyik. Avropa dövlətlərinin Xocalı faciəsini qəbul etməsi bizim böyük uğurumuzdur".Daha sonra hakim partiyanın Gənclər Birliyinin Mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynov gənclərə "Xocalıya ədalət" kampaniyası çərçivəsində İngilis dilində hazırlanmış müraciətin göndərilmə şərtlərini izah edib. Sonra isə adı çəkilən müraciət gənclər tərəfindən ABŞ Dövlət Departamentinin müxtəlif qurumlarına, insan haqlarının müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarına göndərilib. Müraciətdə Xocalı faciəsi haqqında konkret faktlara əsaslanan məlumatlar, bu faciəni soyqırımı kimi tanıyan dövlətlər, beynəlxalq təşkilatlar, ABŞ-ın ştatları göstərilib.Müraciət göndərilən ünvanlardan baş vermiş bu dəhşətli hadisəyə konkret münasibət bildirmələri, təmsil olunduqları ölkələrdə və ali kürsülərdə Xocalı soyqırımı haqqında məlumat vermələri, bu cinayətin hüquqi qiymətləndirilməsi üçün kömək göstərmələri xahiş olunub.Tədbirin sonunda isə "Xocalıya ədalət" kompansiyası çərçivəsində SƏS TV-nin hazırladığı qısa film nümayiş olunub.Qeyd edək ki, aksiya fevral ayının sonuna kimi davam edəcək.

sia.az

Digər xəbərlər