PDF Oxu

Əsas

  • 73

Tarixin qanlı səhifəsi

Tarixin qanlı səhifəsi

Səbail rayonunda Xocalı faciəsinin 21-ci ildönümü anıldı

Dünən faciənin ildönümü ərəfəsində Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin "Şəhidlər Xiyabanı"ndakı qərargahında Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış 22 ailənin nümayəndələri ilə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mərasimdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi, Bakı şəhərinin Səbail rayonunda da geniş şəkildə qeyd olunur: "Tədbirlər çərçivəsində fevralın 25-i rayonun orta və ali məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, rayonun ali məktəblərində anım tədbirləri keçirilmiş, Dövlət Gənc Tamaşaçılar Teatrında "Əcəl atı" tamaşasına, Badamdar Mədəniyyət evində isə Aygün Həsənoğlunun "Adsız qadın" romanı əsasında hazırlanan tamaşaya ictimai baxış təşkil olunmuşdur".

A.Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir: "Bu faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildöümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir".

Tədbirdə, həmçinin, qeyd olunmuşdur ki, fevral ayının 26-da rayonun sənaye, təhsil, səhiyyə və s. müəssisələrin kollektivlərinin "Xocalı harayı" abidəsinin ziyarəti təşkil ediləcəkdir. Həmin gün rayondakı məscidlərində Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunacaq, "Bibiheybət" və İçərişəhər "Cümə" məscidlərində ehsanlar veriləcəkdir.

Tədbirdə çıxış edən Xocalı rayon icra hakimiyyətinin məsul işçisi Nadir Rəşadov və başqaları ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon icra hakimiyyəti tərəfindən maddi və ərzaq paylanılıb.

R.HÜSEYNOVA

Digər xəbərlər