PDF Oxu

Əsas

  • 67

Siyavuş Novruzovun təklifi nə oldu?

Siyavuş Novruzovun təklifi nə oldu?

Azərbaycanda rayonunu dəyişən şəxslərin qeydiyyat sisteminin aparılması təklif olunub. SİA-nın məlumatına görə, parlamentin iclasında çıxışı zamanı millət vəkili Siyavuş Novruzov bildirib ki, ölkə daxilində yerdəyişmələr məsələsinə yenidən baxılmalıdır.Onun sözlərinə görə, bir şəxs başqa rayona köçüb orada qeydiyyata düşmürsə, bu, problemlər yaradır, seçkilər və məktəbə düzəlmə zamanı özünü büruzə verir. Deputat ölkədaxili yerdəyişmənin də qeydiyyatının aparılması, bunun mexanizminin işlənməsini təklif edibNovruzovun təklifinə münasibət bildirən deputatlar bunun Sovet dövrünün qeydiyyat sisteminə bənzədiyini vurğulayıblar.

sia.az

Digər xəbərlər