PDF Oxu

Əsas

  • 95

ƏBƏDİYAŞAR LİDER

ƏBƏDİYAŞAR LİDER

Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Qobustan rayonunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Qobustan regional bürosu ilə birlikdə Qobustan rayonu Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları öncə rayonun mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül dəstələri qoyublar.

"Heydər Əliyev və Azərbaycan gəncliyi" adlı elmi-praktiki konfransı giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının müavini Füzuli Güləliyev 2013-cü ilin əlamətdar tarixi hadisələr ili olduğunu bildiridi: "Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına misilsiz töhfələr verdiyini nəzərə alaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında layiqincə keçirilməsi məqsədilə Prezident İlham Əliyev yanvarın 21-də "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" Sərəncamına əsasən Qobustan rayonunda silsilə tədbirlər hazırlanaraq həyata keçirilməyə başlanılıbdır. Digər əlamətdar hadisə isə, bu il keçiriləcək prezident seçkiləridir". F.Güləliyev onu da bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir: "Bu gün bütün nailiyyətlərimizə görə, Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq. Çünki bu gün Azərbaycanı uğura aparan yol Dahi Liderimiz Heydər Əliyev ideyalarıdır və bu ideyaların davamçısı olan ölkə Prezidenti İlham Əliyev cənablarının siyasətə sadiqliyidir. Azərbaycan bu gün cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Davamı müstəqil Azərbaycan dövlətinin ömrü qədər sonsuz olan bu yolda hər bir fədakar vətəndaş Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olmalı, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməlidir. Heydər Əliyev, sözün əsil mənasında, xalqının, millətinin taleyi ilə yaşayan müstəqil Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmək üçün rahatlıq tapmayan bir şəxsiyyət idi. Ömrünün qalan hissəsini də xalqına qurban verməyə hazır olan Heydər Əliyev ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra xalqın inamını doğrultmaq üçün yorulmadan çalışdı, Azərbaycanı müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsindən qurtardı".

F.Güləliyev, həmçinin, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası sıralarında 640 mindən çox ölkə vətəndaşının birləşdiyini də diqqətə çatdıraraq, partiyanın sıralarında yüksək intellektə, böyük vətənpərvərlik duyğularına malik insanlar birləşir: "Bu insanların yüksək fədakarlığı YAP-a yaxından bağlılığı, partiyanın ideyalarına, Onun yaradıcısına olan sədaqəti, partiyanın Sədri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sədaqətin bariz nümunəsidir".

Tədbirdə YAP Qobustan rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Hüseynov Ümummilli Liderimiz Heydər Əliyevin gəncliyə göstərdiyi qayğıdan danışdı: "Gənclər bizim gələcəyimizdir" deyən Ulu Öndər həmişə gənclərin sağlam ruhda tərbiyə olunmasına, onların yüksək savada yiyələnməsinə həssaslıqla yanaşmışdır". R.Hüseynov onu da vurğuladı ki, Ulu Öndər gənclərin fəaliyyətinin kortəbii yox, planlı şəkildə qurulması və daim müsbət nəticələr əldə edilməsi üçün elm, mədəniyyət, incəsənət, idman və digər ictimai sahələrin sivil dünya standartlarına uyğun fəaliyyət istiqamətində fərman və sərəncamlar imzalayıb: "Gənclərin işinin əlaqələndirməsi və onların fəaliyyətlərinin istiqamətləndirilməsi sahəsində verilən ilk Fərman isə 1994-cü il iyun ayının 26-sı tarixində imzalanıb. Bu Fərmanla Gənclər və İdman Nazirliyi yaradılıb. Bu qayğı bu gün cənab Prezidentimiz, gənclərin dostu İlham Əliyev tərəfindən də biz gənclərə göstərilir. Belə olan halda, hər bir müəllim ölkəmizin gələcəyi üçün sağlam təfəkkürə malik savadlı gənclər yetişdirməyi özünə borc bilməli, Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq, Onun siyasi kursunun layiqli davamçısı Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməlidir".

Tədbirdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Qobustan regional bürosunun direktoru Ruslan Şahbazov, Qobustan rayon gənclər idman idarəsinin rəisi Rauf Rəcəbov, YAP Qobustan rayon təşkilatı qadınlar şurasının sədri Lalə Maqsudova və başqaları çıxış edərək, bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin siyasətinin bundan sonra davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. Bu yol Azərbaycan dövlətçiliyi üçün ən uğurlu və əbədi yoldur.

Tədbirin sonunda idmanın müxtəlif sahələrində fərqləndiklərinə görə bir qrup rayon idmançıları mükafatlandırıldı, həmçinin, partiyanın sıralarına qəbul edilmiş gənclərə partiya vəsiqələri təqdim olundu.

R.KAMALQIZI

Digər xəbərlər