PDF Oxu

Əsas

  • 77

Dağıdıcı müxalifət "liderləri" növbəti siyasi oyunbazlıqlar ərəfəsindədir

Dağıdıcı müxalifət "liderləri" növbəti siyasi oyunbazlıqlar ərəfəsindədir

Siyavuş Novruzov: "Bunların özlərinin arasında bir dialoq lazımdır ki, sonra onlar iqtidarla dialoq aparsınlar"

Dağıdıcı müxalifət "liderlərinin" zaman-zaman dilaoq məsələsini ortaya ataraq, hakimiyyəti qarşılıqlı addımlar atmamaqda günahlandırmaları normal düşüncəli cəmiyyətə real təsir bağışlamır. Belə ki, bildiyimiz kimi Yeni Azərbaycan Partiyası bir çox məsələlərdə dialoq təklifi ilə çıxış edərkən, dağıdıcı müxalifət partiyaları bundan çəkinmiş, bəzi Qərb siyasi dairələrinin onlara verdikləri təlimatlara uyğun olaraq guya dilaoq mühitinin yaranmamasını bəhanə etmişlər. Ancaq bütün bunlarla yanaşı, öz aralarında belə normal mühit yarada bilməyən müxalifət "liderlərinin" özlərinin dialoq aparmağa böyük ehtiyacları var. Lakin partiya və qrup maraqları onsuz da bərbad vəziyyətdə olan pərakəndə müxalifəti daha dərin uçurumlara doğru yuvarlatmaqdadır. Eyni zamanda, dağıdıcı müxalifətin dialoq aparmaq üçün heç bir potensial gücü, bu işi aparacaq bazaları da mövcud deyil.

Dialoq üçün müxalifətin potensialı yoxdur

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu barədə mətbuata açıqlama verərkən bir daha qeyd edib ki, Azərbaycan iqtidarı həmişə dialoqa hazırdır, ancaq müxalifətin o bazası, o potensialı yoxdur ki, dialoqa getsin. O bildirib ki, ilk növbədə, müxalifət öz daxilində dialoq qurmalıdır ki, iqtidarla dialoqa gedə bilsin: "Tutaq ki, yalandan internet səhifəsində elementar, böhtan ilə sorğu keçiriblər, Əli Kərimliyə özləri səs veriblər, öz qəzetlərində də bunu veriblər. O biri tərəfdən müxalifət özü qəbul etmir ki, bu düzgün keçirilən sorğu deyil. Yəni bunların özlərinin arasında bir dialoq lazımdır ki, sonra onlar iqtidarla dialoq aparsınlar".

Bu halları 20 ildir eşidirik

Dağıdıcı müxalifət partiyalarının ayrı-ayrılıqda "kölgə kabineti" təşkil edərək, orada bir-birlərinə "aşağı vəzifə" vermələri də deməyə əsas yaradır ki, onlar bu vasitə ilə qarşılıqlı nifrətlərini, antipatiya hisslərini bildirirlər. Bu, həm də onların cəmiyyət arasındakı nüfuzsuzluqlarının nəticəsidir. Bu səbəbdən də "liderlər" gündəmdən silinməmək üçün siyasi oyunbazlıqlara yol verirlər. Bu məsələyə də münasibət bildirən Siyavuş Novruzov bunun mənasız şou adlandırıb: "Mənasız şeylərdir, bunlar hamısı şoudur. Neçə illərdir bu "kölgə kabineti", "alternativ parlament", nə bilim nə, nə eşidirik. Bu halları 20 ildir eşidirik. Mənasız, məzmunsuz məsələdir".

Qohum-əqrəbaları da onlara inanmır

Azərbaycanda əsgər ölümü ilə bağlı hazırlanan mitinqə gəlincə isə YAP rəsmisi vurğulayıb ki, dağıdıcı müxalifət hər bir məsələdən özlərinə şou düzəltməyə və olmayan sosial bazalarını kiminsə faciəsi üzərində qurmağa çalışırlar və əslində, əsgərin ölümü onlar üçün maraqlı deyil, bunlar ondan şou düzəldib özlərinə sosial baza və elektorat yığmağa çalışırlar: "Onların bütün fəaliyyəti bunum üzərində qurulub, çünki özlərinin arxasında gedən heç 3-5 adam yoxdur, heç qohum-əqrəbaları da onlara inanmır. Və buna görə də kiminsə faciəsindən sui-istifadə edib ara qarışdırmağa çalışırlar".

R.Hüseynova

Digər xəbərlər