PDF Oxu

Əsas

  • 62

YAP Yevlax rayon təşkilatı kimsəsiz qocalara baş çəkdi

YAP Yevlax rayon təşkilatı kimsəsiz qocalara baş çəkdi

"Onlar da bizim doğmalarımızdır" devizi altında YAP Yevlax rayon təşkilatının gənclər birliyinin üzvləri Gəncə şəhərində yerləşən kimsəsiz qocalar evində bayram tədbiri keçirib. Keçirilən görüşdə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıdan danışıb. Bildirib ki, qocalar evində bayram tədbirinin keçirilməsinin məqsədi doğmalarından ayrı düşmüş qocaların özlərini kimsəsiz hesab etməməsi və bayram sevincini onların da yaşamasıdır: "Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət yüksək milli və ümumbəşəri dəyərlərdən qaynaqlanaraq, hər bir qadının, o cümlədən, dövlət himayəsində yaşayan qadınların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasını təmin edir. YAP Yevlax rayon təşkilatının gənclər birliyinin təşkilatçılığı ilə keçirilən bu aksiyanı həyata keçirməkdə məqsədləri ondan ibarətdir ki, öz doğmalarından ayrı düşmüş bu qocalar əziz günlərdə özlərini kimsəsiz hiss etməsinlər. Görsünlər ki, onların arxasında Azərbaycan dövləti var, bizim kimi gənclik ordusu var. Bizi bu dövlət yetişdirib. Biz də böyük məhəbbətlə dövlətimizin vətəndaşlarının qayğısına qalaraq ən əziz günümüzü onlarla birgə keçiririk".

Sonra çıxış edən kimsəsiz qocalar evinin direktoru Kamil Quliyev qonaqları salamlayaraq dövlət başçısı İlham Əliyevin qayğı və diqqətini hər zaman hiss etdiklərini bildirib. Bayram şənliyində çıxış edən qocalar diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonra qocalar evində yaşayan qadınlara bayram hədiyyələri verilibdir.

Sonda Yevlax rayon mədəniyyət evinin ansamblı rəngarəng konsert proqramı ilə hamıda xoş ovqat yaradıbdır.

Aytən

Digər xəbərlər