PDF Oxu

Əsas

  • 59

“Respublikada oftalmologiya elminin inkişafında Zərifə Əliyevanın xidmətləri”

“Respublikada oftalmologiya elminin inkişafında Zərifə Əliyevanın xidmətləri”

ADU-da "Respublikada oftalmologiya elminin inkişafında Zərifə Əliyevanın xidmətləri" mövzusunda dəyirmi masa keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) "Respublikada oftalmologiya elminin inkişafında Zərifə Əliyevanın xidmətləri" mövzusunda dəyirmi masa keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, tədbir Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 6 fevral 2013-cü ildə imzaladığı Sərəncama əsasən Mülki Müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanovanın təşkilatçılığı ilə baş tutdu. Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, kafedra müdiri, dosent Sevda Zamanova, kafedranın müəllimləri, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsi və Pedaqoji fakültənin tələbələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan prorektor Ələddin Əliyev Zərifə Əliyevanın həyat tarixçəsi haqqında qısa məlumat verdi. Prorektor Zərifə Əliyevanın yubileyinin qeyd olunmasının şərəfli bir hadisə olduğunu və gənclərə tanıtmağın vacib olduğunu bildirdi.

Sonra kafedra müdiri, dosent Sevda Zamanova: "İnsan ömrünün uzunluğunu yaşanmış illərin sayı ilə deyil, onun mənası ilə, əməlləri ilə ölçmək lazımdır", -deyərək Azərbaycan xalqının nəcabətli, vəfalı, görkəmli, ziyalı qadını akademik Zərifə Əliyeva haqqında söz açdı. O, bildirdi ki, Zərifə Əliyeva dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin-peşə Oftalmologiyasının əsasını qoydu. S. Zamanova alimin apardığı tədqiqatların gedişində "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin antomik fizioloji təbiəti" və s. kimi onlarla elmi məqalələr və monoqrafiyaların müəllifi olduğunu söylədi. Kafedra müdiri görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyevanın keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M. İ. Averbax adına mükafatına layiq görüldüyünü, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi məhz Zərifə Əliyevanın adının oftalmologiya elminin tarixinə düşdüyünü xatırlatdı.

Daha sonra universitetin Pedaqoji fakültəsinin 312-ci qrup tələbəsi Lalə Bəxtiyarlı məruzəsində Azərbaycanın görkəmli alimi, elmin istedadlı təşkilatçısı, ölkəmizin oftalmologiya elmini yüksəklərə ucaltmış əməkdar elm xadimi, gözəl həkim və pedaqoq, insanların gözlərinə nur bəxş edən nurlu insan- Zərifə Əliyevanın öz ocağına layiqli bir qadın kimi yetişərək atası Əziz Əliyev kimi bu xalq üçün işıq, nur mənbəyinə çevrildiyini, eyni zamanda fəaliyyətinin xalqımız üçün örnək olduğunu bildirdi.

Dəyirmi masa müzakirələrlə davam etdi.

sia.az

Digər xəbərlər