PDF Oxu

Əsas

  • 78

Yeni Azərbaycan Partiyası hümanizm prinsiplərini daim yüksək tutur

Yeni Azərbaycan Partiyası hümanizm prinsiplərini daim yüksək tutur

YAP Nərimanov rayon təşkilatının "SOCAR-AQŞ MMC" ərazi ilk təşkilatı 7 saylı internat məktəbində bayram şənliyi keçirib

YAP Nərimanov rayon təşkilatının "SOCAR-AQŞ MMC" ərazi ilk partiya təşkilatı qarşıdan gələn Novruz bayramı münasibəti ilə 7 saylı internat məktəbində əqli və fiziki qüsurlu uşaqlarla görüş keçirib. Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmiraz Tağıyev uşaqları milli bayramımız olan Novruz bayramı münasibətilə təbrik edib və onlara xoş əhval-ruhiyyə, sevincli günlər arzulayıb. T.Tağıyev həyata keçirilən bu humanizm aksiyasının artıq Yeni Azərbaycan Partiyası tərəfindən ənənəvi olaraq davam etdirildiyini bildirib: "Dövlətimiz hər zaman sosial layihələri daha öndə tutub və Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı da aparılan siyasətə dəstək olaraq, sosial yönümlü fəaliyyətimizi artırırıq. Burada əsas məqsədimiz odur ki, partiya olaraq kimlərəsə müəyyən dərəcədə faydamız dəysin.

YAP Nərimanov rayon təşkilatının sədri onu da vurğulayıb ki, Yeni Azərbaycan Partiyası da mütəmadi şəkildə bu istiqamətlərdə tədbirlər həyata keçirir, sosial sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır: "Xüsusilə, valideyn himayəsindən məhrum olmuş və qüsurlu uşaqları daim diqqət mərkəzində saxlayırıq. Hər kəs kimi Novruz bayramını da qeyd etmək onların da haqqıdır. Çünki bu uşaqlar hər birimizin balalarıdır. Onların sevindiyini gördükdə, biz özümüzü xoşbəxt hiss edirik. Elə bugünkü Novruz şənliyini keçirməkdə də məqsədimiz uşaqların mənalı istirahətini təşkil etmək, onları bir araya gətirərək, cəmiyyətdə tək olmadıqlarını hiss etdirməkdir".

YAP Nərimanov rayon təşkilatının "SOCAR-AQŞ MMC" ərazi ilk partiya təşkilatının sədri Anar Hacıyev uşaqları bayram münasibəti ilə təbrik edərək bildirdi ki, dövlət başçımız cənab İlham Əliyev daima diqqət yetirdiyi ən əsas sahələrdən biri də sosial istiqamətdir. Xüsusən də, əhalinin aztəminatlı qrupuna, eyni zamanda, kimsəsiz və ehtiyacı olan şəxslərə daha ciddi dövlət qayğısı göstərilir: "Hər bir təşkilat və şəxs imkanı daxilində ölkəmizə və xalqımıza qarşı daha diqqətli olmalı, bu kimi sosial sahələrə dəstək göstərməlidir. Eyni zamanda, qayğı və köməyə ehtiyacı olan uşaqlarımızın və gənclərimizin inkişafı yaddan çıxmamalıdır. Kimin ən çox ehtiyacı varsa, onlara kömək etmək hər birimizin borcudur. Çünki dövlət hər zaman kimsəsiz, aztəminatlı ailələrə öz qayğısını göstərir. Biz də partiya üzvləri olaraq bu cür ailələrə dəstək üçün bayram aksiyasını həyata keçiririk. Bu aksiya mütəmadi olaraq davam edib və bundan sonra da davam edəcək".

Tədbirin sonunda 7 saylı əqli və fiziki qüsurlu uşaqlara bayram süfrəsi açıldı, həmçinin, hədiyyələr verildi.

R.Hüseynova

Digər xəbərlər