Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Novruz bayramı münasibətilə 19 mart 2013-cü il tarixində saat 22:00-da Milli Parkda möhtəşəm atəşfəşanlıq təşkil edəcək. Bakı ŞİH şəhər sakinlərini və qonaqları atəşfəşanlığı seyr etməyə dəvət edir. Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərimizin qonaqlarını Novruz bayramı münasibətilə təbrik edir, onlara xoşbəxt və firavan həyat arzulayır!