PDF Oxu

Əsas

  • 57

Musa Quliyev: “Davos Forumu Azərbaycanın regionda nüfuzunu daha da gücləndirəcək”

Musa Quliyev: “Davos Forumu Azərbaycanın regionda nüfuzunu daha da gücləndirəcək”

"Davos İqtisadi forumun Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi ölkəmizin son illərdə iqtisadiyyat sahəsində əldə etdiyi davamlı uğurların, biznesin, sahibkarlığın inkişafına verdiyi töhfənin bariz nümunəsidir"

Ümumiyyətlə Davos İqtisadi Forumunun Bakıda keçirilməsi, Azərbaycanın bu forumda iştirakı və hər il ölkəmizin daha geniş tərkibdə təmsil olunması, müxtəlif ölkələrin həm rəhbərlər işçiləri, biznesmənləri ilə görüşlərin təşkili beynəlxalq aləmdə iqtisadi mövqeyimizin, beynəlxalq nüfuzumuzun gündən-günə güclənməsinin bir təzahürü və fadəsidir. Bunu SİA-ya millət vəkili Musa Quliyev bu ilin aprel ayında Bakıda keçiriləcək Davos İqtisadi Forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən belə deyib.Parlament üzvünün sözlərinə görə, heç də təsadüfi deyildir ki, son bir neçə ildə Davos Forumunun ən əsas aparıcı fiqurlarından biri məhz Azərbaycandır. Bu foruma gələn hər bir dövlətin istər onun dövlət baçsısı, istər aparıcı böyük şirkətlərin rəhbərləri böyük səylə can atırlar ki, paytaxt Bakıda Azərbaycanın nümayəndə heyəti və bu heyətin başçısı cənab prezident İlham Əliyevlə görüşsünlər və burada öz iqtisadi layihələrini müzakirə etsinlər: "Bunun hamısı Azərbaycanın son illərdə əldə etdiyi böyük iqtisadi uğurların beynəlxalq aləmdə qəbul olunması, tanınması və təsdiq olunmasıdır. Davos İqtisadi Forumun Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi ölkəmizin son illərdə iqtisadiyyat sahəsində əldə etdiyi davamlı uğurların, biznesin, sahibkarlığın inkişafına verdiyi töhfənin bariz nümunəsidir".M.Quliyev bildirib ki, bu forumun növbəti addımının Azərbaycanda atılması həm ölkəmiz həm də ki, foruma qatılacaq iştirakçılar üçün çox böyük səmərə verəcək: "Birincisi Azərbaycanın regionda lider dövlət kimi statusu, nüfuzu daha da güclənəcək. Xarici ölkənin şirkət rəhbərləri ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində öz şirkətlərini qurmaqda maraqlı olacaqlar. Azərbaycanın süni peykinin orbitə çıxarılması və kosmos dövlətlərindən birinə çevrilməsi gələcəkdə ölkə iqtisadiyyatının, eləcə də İKT sektorunun inkişafını sürətləndirən əsas amillərdən biridir. Eləcə də on ildən sonra ölkəmizin neft, qaz sektoru sahəsində uğurlarının olacağı gözlənilir. Bununla belə Azərbaycan son illərdə turizm dövləti olaraq da inkişat etməyə başlayıb ki, bunun da artıq yeni-yeni töhvələri özünü göstərir. Buna misal olaraq Qusar Şahdağ Turizm kompleksinin göstərə bilərik".

sia.az

Digər xəbərlər