PDF Oxu

Əsas

  • 33

YAP 20 İLDƏ MÖHTƏŞƏM QƏLƏBƏLƏR ƏLDƏ EDİB

YAP 20 İLDƏ MÖHTƏŞƏM QƏLƏBƏLƏR ƏLDƏ EDİB

Əli Əhmədov: "Ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub"

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov Sabirabad rayonunda partiyanın fəalları ilə görüş keçirib. Tədbir iştirakçıları görüşdən öncə rayonun mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, kompleksin önünə tər gül-çiçək dəstələri düzmüşlər.

Görüşü giriş sözü ilə açıq elan edən YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev təşkilatın fəaliyəti barədə qısa məlumat verərək bildirib ki, 20 illiyini qeyd edən Yeni Azərbaycan Partiyası ötən dövr ərzində qarşıya qoyulan vəzifələri icra etməklə yanaşı, yeni uğrulara da imza atmaqda davam edir: " Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi siyasət bu gün partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməkdədir. Azərbaycan xalqının daha firavan yaşaması, ölkəmizin regionda və beynəlxalq aləmdə daha da güclü olması üçün bizlər bundan sonra da məqsədyönlü siyasətin yürüdülməsində yaxından iştirak edəcəyik".

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov Azərbaycanın inkişafında, müasirləşməsində bu və ya digər dərəcədə YAP-ın və onun sıralarında cəmləşən 600 minə yaxın fəal Azərbaycan vətəndaşının zəhmətinin, fədakarlıqlarının bilavasitə əməyi olduğunu qeyd edib: "Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq, fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində də əzəmətli və möhtəşəm uğurlar qazanıb".

Görüş iştirakçılarına cari ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov daha bir amili də xüsusi olaraq vurğulayıb ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi nəhəng nailiyyətlər məhz Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, reallaşdırılan uğurlu siyasət nəticəsində mümkün olub: "Bütün bunlar isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir".

Daha sonra Əli Əhmədov görüşdə gəncləri maraqlandıran müxtəlif sualları cavablandırıb. Qeyd edək ki, görüşdə YAP Siyasi Şurasının üzvü, Sabirabad rayon İH başçısı Nazim İsmayılov və millət vəkili Rüstəm Xəlilov da iştirak edib.

Afət QULİYEVA

Digər xəbərlər