PDF Oxu

Əsas

  • 28

Daşkəsənli gənclər böyük ruh yüksəkliyi ilə ordu sıralarına yola salınır

Daşkəsənli gənclər böyük ruh yüksəkliyi ilə ordu sıralarına yola salınır

Dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanına əsasən aprelin 1-dən respublikamızın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulan digər silahlı birləşmələrdə Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı keçirilir. Fərmanın icrası ilə əlaqədar Daşkəsən rayonunda çağırış yaşlı gənclər milli ordu sıralarına xidmətə təntənə ilə yola salınmışlar.

Gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə təşkil olunan mərasimdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev gələcək əsgərləri və onların valideynlərini təbrik edərək, onlara çətin və şərəfli əsgər həyatında uğurlar arzuladı: "Bu gün siz ana vətənimizin çağırışına, əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanımızın şərəfini qorumağa gedirsiniz. Siz qüdrətli Ali Baş Komandanımız cənab İlham Əliyevin əmrinə hazır olaraq buraya toplaşmışsınız. Vətən hər birimizin anamızın anasıdır. Onun şərəfini qorumaq hər birimizin müqəddəs borcudur. Ulu babalarımız həmişə oğlu düşmən çəpəri, namus daşıyıcısı, qeyrət qalası adlandırıb və onunla fəxr ediblər. Vətənimizin müdafiəsinə sağ gedib, salamat gəlin. Qoy Vətən sizinlə öyünsün".

Mərasimdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Daşkəsən rayon təşkilatının sədri Elman Məmmədov, Azərbaycan Vətən müharibəsi veteranlar birliyinin Daşkəsən rayon təşkilatının sədri Zakir Məmmədov, "Şəhid anaları" Xeyriyyə mərkəzi rayon təşkilatının sədri Qısbəs Abbasova, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən Qulu Əsədov və başqaları çıxış edərək, çağırışçılara çətin və şərəfli əsgər həyatında uğurlar arzuladılar. Gənclərin hərbi xidməti şərəflə keçirməklə vətəndaşlıq borclarını layiqincə yerinə yetirəcəklərinə ümidvar olduqlarını söylədilər. Mərasimdə çağırış yaşlı gənclər onlara bəslənən ümidləri doğruldacaqlarına, çox tezliklə işğal altında olan torpaqlarımızın azad olunacağına əminliklərini bildirdilər. Qeyd etdilər ki, Ali Baş Komandan, ölkə Prezidentı İlham Əliyevin titanik səyi nəticəsində işğal altında olan torpaqlarımızda qələbə bayrağı dalğalanacaqdır. O gün heç də uzaqda deyildir...

Gənclər dövlət bayrağımızın altından keçərək, hərbi hissələrə yola düşdülər.

RƏFİQƏ

Digər xəbərlər