Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının toplantısı keçirilib. SİA-nın verdiyi məlumata görə, toplantıda YAP Mərkəzi Aparatı tərəfindən verilmiş tapşırıq və tövsiyyələrdən irəli gələn məsələlər, qarşıda dayanan mühüm vəzifələr müzakirə olunub.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bu ilin ölkəmiz üçün olduqca mühüm və əhəmiyyətli olan prezident seçkilrə ili olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, artıq seçki ilə bağlı YAP-ın bütün rayon və şəhər təşkilatlarında qarşıda duran vəzifələrlə bağlı mühüm işlər görülür, zəruri addımlar atılır. A.Hüseynov YAP-ın özünün seçki ilə bağlı konseptual proqramı mövcuddur ki, bundan irəli gələn digər zəruri məslələr rayon təşkilatlarında ardıcıl olaraq icra edilir.
Təşkilat sədri seçki ili ilə əlaqədar qarşıya qoyulmuş bütün vəzifələrin yüksək səviyədə yerinə yetirilməsi üçün prosesə tam hazırlıq işlərinin uğurla davam etdiyini də vurğulayıb. Bildirib ki, YAP Qaradağ rayon təşkilatı ötən seçki proseslərindən qazanmış olduğu təcrübədən çıxış edərək 2013-cü ilin payızında keçiriləcək prezident seçkilərində də, yüksək fəallıq nümayiş etdirəcək. A.Hüseynov birmənalı şəkildə builki prezident seçkilərində Azərbaycan xalqının istək və arzularının təcəsümü olaraq YAP-ın namizədi olan cənab Prezident İlham Əliyevin yüksək səs çoxluğu ilə qələbə qazanacağına əminlik ifadə edib.
YAP Qaradağ rayon təşkilatının digər əməkdaşları da çıxışlarında seçki ilində qarşıya qoyulan bütün vəzifələrin uğurla icra ediləcəyinə, ötən seçkilərdən qazanılmış təcrübələrdən çıxış edərək, payızda keçiriləcək prezident seçkilərində daha yüksək fəallıq göstərəcəklərini bildiriblər.
sia.az