Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatında şəhər fəallarının ümumi müşavirəsi keçirilib. SİA-nın Gəncə bürosunun verdiyi məlumata görə, tədbirdə Gəncənin Avropa Gənclər paytaxtı seçilməsi və Nizami yurdunun yaşının dəqiq tarixi ilə bağlı geniş müzakirələr aparılıb.
Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatında şəhər fəallarının ümumi müşavirəsi keçirilib. Müşavirədə şəhər İcra Hakimiyyəti Başçısı Elmar Vəliyev və bir sıra rəsmilər iştirak edib. SİA-nın bölgə müxbirinn verdiyi məlumata əsasən ilk olaraq Gəncə şəhərinin 2015-ci ildə Avropanın Gənclər paytaxtı seçilməsi məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Ölkənin ikinci böyük şəhərinin bu nüfuzlu ada yiylənməsi ilə bağlı birinci mərhələ aprel ayının 20-də Bürüsel şəhərində təşkil olunacan konfransda bir daha diqqət mərkəzinə gətiriləcək. Müsabiqənn ikinci mərhələsi isə iyunun 5-də təşkil olunacaq.
Qeyd edək ki,Gəncə şəhəri ilk dəfədir bu müsabiqədə iştirak edir. Gündəlikdə duran ikinci məsələ isə Gəncə şəhərinin 4 min illik tarixi ilə bağlı olub. Xüsusi olaraq qeyd edilib ki, Gəncənin 4000 illik yaşı ilə bağlı ABŞ-ın Smistan və Kəşmir Universitetlərinin mütəxəssisləri ilə birlikdə geniş araşdırmalar aparılıb. Şəhərin "Gəncə burnu" adlanan ərazisində arxealoji tədqiqatlar həyata keçirilib. Arxeploji qazıntıların nəticələri ilə bağllı geniş şəkildə dünya ictimatinə ətraflı məlumat veriləcək.
sia.az