PDF Oxu

Əsas

  • 25

Əli Əhmədov: " Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir"

Əli Əhmədov: " Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir"

"Yeni Azərbaycan Partiyasının prezident seçkilərində namizədi birmənalı şəkildə İlham Əliyev olacaq". SİA xəbər verir ki, YAP sədr müavini, deputat Əli Əhmədov partiyanın Sabunçu rayonu fəalları ilə görüşü zamanı belə deyib.

Əli Əhmədovun sözlərinə görə, qarşıdan gələn prezident seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası ölkə üzrə səfərbər edilib: "Partiyanın bütün təşkilatları seçkilərlə bağlı hazırlaşır. Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir və onu növbəti dəfə prezident kimi görmək istəyir. Çünki, insanların sosial rifahının artması, iqtisadiyyatın həcminin bir neçə dəfə artması məhz İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir. Bütün bu müsbət istiqamətli dəyişikliklər də bu və ya digər formada xalqın həyat rifahının yaxşılaşmasına təsir edib".

sia.az

Digər xəbərlər