PDF Oxu

Əsas

  • 32

Əli Əhmədov Sabunçuda YAP fəalları ilə görüşüb

Əli Əhmədov Sabunçuda YAP fəalları ilə görüşüb

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov partiyanın Sabunçu rayon təşkilatının fəalları ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, tədbirdə YAP icra katibin müavini Mübariz Qurbanlı, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev və partiya fəalları iştirak edib.

Tədbirdə çıxış edən YAP-ın icra katibi Ə.Əhmədov bildirib ki, partiyanın prezident seçkilərində namizədi birmənalı şəkildə İlham Əliyev olacaq: "Qarşıdan gələn prezident seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası səfərbər edilib. Partiyanın bütün təşkilatları seçkilərlə bağlı hazırlıqlara başlayıb. Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir və onu növbəti dəfə prezident kimi görmək istəyir. Çünki, insanların sosial rifahının artması, iqtisadiyyatın həcminin bir neçə dəfə artması məhz İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir. Bütün bu müsbət istiqamətli dəyişikliklər də bu və ya digər formada xalqın həyat rifahının yaxşılaşmasına təsir edib".

Görüş zamanı icra katibi partiya təşkilatının fəallarına tövsiyələrini çatdırıb.

sia.az

Digər xəbərlər