PDF Oxu

Əsas

  • 27

"Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınına böyük qiymət verib"

"Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınına böyük qiymət verib"

YAP Ağstafa rayon təşkilatının şura iclası keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı Qadınlar Şurasının növbəti IV konfransı keçirilib. YAP Ağstafa rayon təşkilatının qərargahında keçirilən konfransda rayonun ərazi ilk partiya təşkilatlarından 80 nəfər nümayəndə iştirak edib. Konfransda çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov Yeni Azərbaycan Partiyasında qadınların rolu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınlarına verdiyi böyük qiymətdən söz açıb: "Azərbaycan qadını özünün ictimai-siyasi fəallığı, sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində bütün Şərq və Qərb dünyası üçün unikal inkişaf yolu keçiblər. Ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu danılmaz faktdır: "O deyirdi ki, "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət, həyat ola bilməz. Azərbaycan qadınları öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə, dünya qadınları içərisində özünəməxsus yer tutur. Ona görə də, biz qadınlarımızla fəxr edirik". Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev isə qeyd edib ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadınının bundan sonra da müstəqil dövlətimizin tərəqqisinə töhfələr verəcəyinə əminəm".

R.Tatarov cari ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı rayonda görülən işlərə toxunaraq, cəmiyyətin formalaşmasında və inkişafında seçki prosesinin çox böyük önəm daşıdığını söylədi: "Ölkənin ictimai-siyasi həyatında hadisəyə çevrilən seçkilərin demokratik, şəffaf keçirilməsi üçün yaradılmış şərait seçicilərin müstəqil dövlətin ənənələrindən lazımi şəkildə bəhrələnməsi və seçimlərini düzgün şəkildə etmələri üçün bütün imkanlardan istifadəyə əsas verir. YAP Ağstafa rayon təşkilatında da seçkilərə ciddi hazırlıq işləri görülür".

Tədbirdə YAP Ağstafa rayon təşkilatı qadınlar şurasının sədri Şəhanə Osmanova konfransın gündəliyini açıqladı və hesabat məruzəsi ilə çıxış edib. Ş.Osmanova bildirib ki, YAP Ağstafa rayon təşkilatının qadınlar şurası tez-tez ən müxtəlif forma və məzmunlu tədbirlər, dəyirmi masalar keçirməklə qadınların maariflənməsinə, cəmiyyətə öz sözünü daha qətiyyətlə söyləməsinə imkan verir: "Həmçinin, rayonun ictimai-siyasi həyatında yaxından iştirak edir. Bildiyimiz kimi, 2013-cü il prezident seçkiləri ilidir. Xalqımız ciddi və taleyüklü bir sınaq qarşısındadır. Azərbaycanda yeganə iqtidar partiyası olan YAP və eləcə də, sıralarında minlərlə siyasi həmfikiri birləşdirən Ağstafa rayon təşkilatının qadınlar şurasının üzvləri öz tarixi seçimlərini ləyaqətlə reallaşdıra biləcək, taleyüklü vəzifənin öhdəsindən layiqincə gələ biləcək və YAP-ın irəli sürdüyü yeganə namizəd İlham Əliyev cənablarına səs verəcəklər".

Məruzə ətrafında partiya üzvlərindən Ağstafa RİH başçısının müavini Lalə Eyyubova, TYM-in dərnək rəhbəri Xanım Haqverdiyeva, 2 saylı Dağ Kəsəmən kənd orta məktəbinin direktoru Təranə Abdullayeva, rayon mərkəzi xəstəxananın baş həkimi Fatma Vəliyeva və başqaları qadınların ölkənin ictimai-siyasi həyatında rolundan, eləcə də, Yevlax şəhərində qadınlara göstərilən diqqət və qayğıdan söz açıblar. Çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin Azərbaycan qadınlarına verdiyi yüksək dəyərdən məmnun olduqlarını söyləyiblər. Həmçinin, YAP Ağstafa rayon təşkilatının qadınlar şurasının hesabatını qənaətbəxş hesab edərək, qadınlarımızın cəmiyyətdəki rolunu yüksək qiymətləndiriblər.

Sonra gündəlikdə duran təşkilati məsələyə baxılıb. 15 nəfərdən ibarət yeni şura müəyyən olunub. Osmanova Şəhanə Məcid qızı yenidən YAP Ağstafa rayon təşkilatının qadınlar şurasının sədri, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının respublika konfransına 2 nəfər nümayəndə seçilib.

R.HÜSEYNOVA

Digər xəbərlər