PDF Oxu

Əsas

  • 22

YAP Nərimanov rayon təşkilatı gənclər birliyinin üzvləri Quba rayonuna səfər edib

YAP Nərimanov rayon təşkilatı gənclər birliyinin üzvləri Quba rayonuna səfər edib

Aprelin 13-də Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı gənclər birliyinin bir qrup üzvü Quba rayonuna səfər edib. İki günlük səfərin məqsədi bölgə gəncləri, xüsusilə, partiyanın Quba rayon təşkilatının gəncləri ilə əməkdaşlıq qurmaq və bu əlaqələri genişləndirmək məqsədi daşıyır. Səfər çərçivəsində YAP Nərimanov rayon təşkilatının gəncləri ilk olaraq Quba rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Daha sonra Quba rayonu Heydər Əliyev Mərkəzində YAP Quba rayon təşkilatı gənclər birliyinin üzvləri ilə görüş keçirilib. Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatı gənclər birliyinin sədri Yusif Babanlı belə tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb. Y.Babanlı bildirib ki, gənclər arasında əlaqələrin güclənməsi maraqlarımıza cavab verir. Çünki müəyyən sahələrdə əməkdaşlıq edilməsi, təcrübə mübadilələrin aparılması, şəxsi dostluq əlaqələrinin qurulması baxımından bu tipli layihələr vacibdir. YAP Nərimanov rayon təşkilatının gənclər birliyinin sədri partiyamızın gəncliyin inkişafına yüksək səviyyədə dəstək verdiyini vurğulayıb: "Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Məhz bu amil gənclərimizi dövlət başçımızın ətrafında sıx birləşməsini şərtləndirir".

YAP Quba rayon təşkilatı gənclər birliyinin sədri Habil Bayramlı gənclər arasında əlaqələrin genişlənməsinin əhəmiyyətindən danışıb.

Daha sonra gənclərdən Elnur Mirzəzadə, Siyab Qulubəyli, Elşən Fərmanzadə, Vasif Hüseynov, Xəyyam Abdurrəhmanlı və başqaları çıxış ediblər. YAP Nərimanov rayon təşkilatı gənclər birliyinin üzvləri Quba məzarlığını ziyarət ediblər. Gənclərə məzarlığın tarixi haqqında ətraflı məlumat verilib.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər