" "Daş yuxular" romanı Azərbaycan xalqına, vətəndaşlarına, bizim milli, dövlətçilik maraqlarımıza hələ çox zərbə vuracaq".SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Daş yuxular" romanının erməni dilinə tərcümə olunması və Ermənistanda səhnələşdirilməsi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hələ bundan sonra Azərbaycanın gələcək nəsilləri də həmin bədnam əsərin ağrı-acılarını çəkəcək: "Ermənistan dövləti, onun ideoloji strukturları, erməni diasporu bütün dövrlərdə Əkrəm Naibovun antiazərbaycan mövqeyindən bizə qarşı istifadə edəcək. Biz hazır olmalı və buna real faktlarla, həqiqətlərlə cavab verməliyik".
sia.az