PDF Oxu

Əsas

  • 28

YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının III konfransı keçirildi

YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının III konfransı keçirildi

Dünən Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının qadınlar şurasının III konransı keçirildi. Konfrans iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri, YAP-ın yaradıcısı Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Konfransı giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev ölkəmizin ictimai-siyasi həyatında qadınların rolundan, YAP Qadınlar Şurasının fəaliyyətindən, onların gördüyü səmərəli işlərdən bəhs etdi. R.Nağıyev bildirdi ki, rayonda YAP sıralarına qəbul edilmiş 5507 nəfərdən 1817 nəfəri qadındır ki, bu da partiya üzvlərinin 33 faizini təşkil edir. Rayon təşkilatının sədri ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən, rayonda gedən sürətli quruculuq-abadlıq işləri ilə bağlı məlumat verdi.

YAP Gədəbəy rayon təşkilatının qadınlar şurasının sədri Esmira Şirinova hesabat məruzəsi ilə çıxış etdi. E.Şirinova təməli Ulu Öndər tərəfindən qoyulmuş qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsinin məntiqi nəticəsi olaraq rayonumuzda da qadınların təhsil, səhiyyə, mədəniyyət və idarəetmə orqanlarında rəhbər işlərə cəlb olunduqlarını vurğuladı. Natiq YAP-ın fəaliyyətində qadınların rolunun yüksək olduğunu bildirdi: "YAP möhtəşəm bir güc mərkəzi kimi Azərbaycanın siyasi həyatına daxil olub. Xalqımızın Heydər Əliyev şəxsiyyəti və Onun yaratdığı partiyanın ətrafında sıx birləşməsi dövrün məntiqi reallığıdır. Fərəhli haldır ki, bu gün xalqın ən mətin, monolit birliyə malik olan siyasi qüvvəsi olan YAP-ın üzvləri 650 mindən çoxdur ki, onların da 55 faizini qadınlar təşkil edir".

E.Şirinov, həmişə olduğu kimi, bu il də növbəti prezident seçkilərində qadınların, partiyanın vahid namizədi cənab İlham Əliyevin qələbəsi üçün çalışacaqlarını bildirdi.

Konfansda YAP Gədəbəy rayon təşkilatının aparat rəhbəri Namiq Rüstəmov, Gədəbəy rayon icra hakimiyyəti aparatında aparıcı-məsləhətçi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu, YAP Gədəbəy rayon təşkilatı gənclər birliyinin sədri Sevinc Həsənova, rayon telekommunikasiya ərazi ilk partiya təşkilatının sədri Mətanət Əliyeva və başqaları qadınların ölkənin ictimai-siyasi həyatında rolundan söz açdılar. Çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin Azərbaycan qadınlarına verdiyi yüksək dəyərdən məmnun olduqlarını söylədilər.

Sonra gündəlikdə duran təşkilati məsələyə baxıldı. Esmira Şirinova yenidən yekditlliklə YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının sədri və 7 nəfərdən ibarət yeni idarə heyəti seçildi. Həmçinin, respublikamızda keçiriləcək YAP Ümumrespublika Qadınlar Şurasının konfransına 2 nəfərdən ibarət nümayəndə seçildi.

Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə cənablarına müraciət qəbul edildi.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər