PDF Oxu

Əsas

  • 33

YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının növbəti konfransı keçirilib

YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının növbəti konfransı keçirilib

Sədaqət Vəliyeva: "Nizami rayonu sakinləri, o cümlədən, qadınlar bu il keçiriləcək prezident seçkilərində quruculuq missiyasını ümumxalq işinə çevirən cənab İlham Əliyevi dəstəkləyəcək, Ona etibar və etimadını bir daha təkrarlayacaqlar"

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Qadınlar Şurasının növbəti konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva rayonun sosial-iqtisadi inkişafında, ictimai-siyasi həyatında önəmli rolu olan qadınların fəaliyyətini yüksək dəyərləndirib: "Nizami rayonu sakinləri, o cümlədən, qadınlar bu il keçiriləcək prezident seçkilərində quruculuq missiyasını ümumxalq işinə çevirən cənab İlham Əliyevi dəstəkləyəcək, Ona etibar və etimadını bir daha təkrarlayacaqlar".

Ötən konfransdan sonra görülən işlər barədə hesabat verən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva bildirib ki, Azərbaycan tarixində əbədiyaşarlıq qazanan siyasətçi, dövlət xadimi, sərkərdə qadınların ənənələrini bu gün davam etdirən qadınlar cəmiyyətin aparıcı qüvvəsi kimi üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər: "Nizami rayonunun qadınları da ölkədə aparılan geniş quruculuq işlərində, təhsildə, səhiyyədə, milli mənəvi dəyərlərimizin qorunub, təbliğ edilməsində fərqlənirlər". Sonra hesabat ətrafında çıxışlar olub.

Konfransda bildirilib ki, Ulu öndər Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasında olduğu kimi millət vəkili, ictimai-siyasi xadim, dövlət qulluqçusu, diplomatik korpusun nümayəndələri arasında da qadınlar çoxluq təşkil edirlər. Ölkəmizdə ana və uşaqların fiziki və mənəvi cəhətdən sağlam böyüməsi naminə qanunların qəbulunda da məqsəd gələcəyimizi etibar edəcəyimiz varislərin illərdən bəri qorunub saxlanılan mənəviyyata bağlılıq ruhunda tərbiyə olunmasıdır.

Vurğulanıb ki, rayonun təhsil ocaqlarında, səhiyyə-sağlamlıq müəssisələrində çalışanlar qadınlar, elm xadimləri onlara etibar olunan müqəddəs missiyanı quruculuq işlərində fəallıqları ilə doğruldurlar. Qadınlara örnək olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın beynəlxalq səviyyədə dəstəklənən xeyirxahlıq və humanistlik təşəbbüsləri, həyata keçirdiyi layihələr hər kəs üçün nümunədir.

YAP Nizami rayon təşkilatının İdarə Heyətinin üzvü, rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova çıxış edərək qadınların cəmiyyətdə artan rolundan danışaraq Suraxanı rayonu qadınlarına bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb.Daha sonra təşkilati məsələlərə baxılıb.

Sevda Abdullayeva YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri seçilib və müavinlər müəyyənləşdirilib. Konfransda YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının 17 nəfərdən ibarət yeni tərkibi və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının respublika konfransına nümayəndələri seçilib.

sia.az

Digər xəbərlər