PDF Oxu

Əsas

  • 31

Əli Əhmədov Cəlilabad rayonunda partiya fəalları ilə görüş keçirib

Əli Əhmədov Cəlilabad rayonunda partiya fəalları ilə görüş keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov bu gün Cəlilabad rayonunda partiya fəalları ilə görüş keçirib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, görüşdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı çıxış edərək bildirib ki, partiyanın 6057 nəfər üzvü 94 ilk ərazi təşkilatında birləşir. Bunlardan 26 faizini gənclər, 27,5 faizini isə qadınlar təşkil edir. M.Mirxaslı partiyanın fəaliyyətindən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib.

YAP-ın Cəlilabad rayon təşkilatının fəalları qarşısında çıxış edən icra katibi Əli Əhmədov son 10 ildə hakim partiyanın sədri, ölkə prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətindən danışaraq dövlətimizin büdcəsinin 10 dəfə artdığını, insanların maddi rifah halının yüksəldiyini, yoxsulluq həddinin minimuma endiyini statistik rəqəmlərlə görüş iştirakçılarının diqqətinə çatdırıb: "Azərbaycan dövlətinin, Heydər Əliyev siyasi xəttinin də əsil qayəsi bundan ibarətdir ki, insanlar normal, sabit, təhlükəsiz şəraitdə xoşbəxt yaşasınlar. İnsanların yaxşı yaşaması onların təbii haqlarıdır. Əldə olunan nailiyyətlər, əhalinin həyat səviyyəsinin yüksəlişi dinamik, stabil iqtisadiyyatımızın düzgün, müdürük şəkildə idarə olunmasıdır. Həll olunan problemlər imkanlarımızın artmasından irəli gəlir. Bu inkişafın dayanıqlı, əbədi olmasının yeganə yolu 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə etmək və ətrafında daha da sıx birləşməkdən ibarətdir".

İcra katibi YAP Cəlilabad rayon fəallarına qarşılarında duran vəzifələrdən danışıb. Qeyd edib ki, hər bir partiya üzvü seçkilərdə fəal olmalı və qələbəmizin təmin edilməsində səylərini ortaya qoymalıdırlar.

YAP fəallarından şair Əhməd İsmət, Böyükxan Bağırov, Anar Abdullayev çıxış edərək Cəlilabadlıların 2013-cü ilin prezident seçkisində İlham Əliyevdən başqa namizədlərinin olmadığını və yalnız ona səs verəcəklərini bildiriblər.

Görüşdə millət vəkilləri Mübariz Qurbanlı, Mirkazım Kazımov, Malik Həsənov, rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov iştirak edib.

sia.az

Digər xəbərlər