PDF Oxu

Əsas

  • 37

Əli Həsənov: “Qobuda tikiləcək yaşayış massivinə 90 min məcburi köçkün köçürüləcək”

Əli Həsənov: “Qobuda tikiləcək yaşayış massivinə 90 min məcburi köçkün köçürüləcək”

Bu gün Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun iştirakı ilə Qobu Şəhər Yaşayış massivinin layihələndirilməsi ilə bağlı müşavirə keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirin əsas mövzusu Abşeron rayonu, Quba bələdiyyəsinin ərazisindən ayrılmış 500 ha torpaq sahəsində salınacaq yeni Qobu şəhər yaşayış massivinin layihələndirilməsi ilə bağlı olub.

Müşavirədə çıxış edən komitə sədri bildirib ki, Bakı, Sumqayıt və Abşeron yarımadasında müvəqqəti məskunlaşan bütün məcburi köçkünlər Abşeron rayonunda, Qobu bələdiyyəsinin ərazisində inşa ediləcək yeni böyük yaşayış massivinə köçürüləcək: "Hazırda Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır. Hal-hazırda Müşfiqabad və Masazırda tikilən yeni yaşayış massivlərinə 2200 ailənin köçürülmə prosesi davam edir. Yeni yaşayış massivində 90 000 insan yaşayacaq. məcburi köçkün üçün nəzərdə tutulub. Bu, ümumilikdə 20 434 ailə deməkdir".

Daha sonra Azərinşaaatlayihə" DBLKTİ-nin direktoru Yusif Nağıyev hazırlanmış layihə haqqında müşavirə iştirakçılarına geniş məlumat verib.

Y.Nağıyev bildirib ki, hazırlanana yeni layihəyə əsasən 120 ədəd 9 mərtəbəli, 12 mərtəbəli 65 ədəd,16 mərtəbəli 14 ədəd yeni bina tikiləcək: "Yaşayış massivində ümumilikdə 204 ədəd yaşayış binası tikiləcək. Salınacaq Yeni Qobu yaşayış massivi 10 mikrorayona bölünəcək. Hər bir mikrorayon 9000 nəfər əhali üçün nəzərdə tutulub.Ərazidə 1200 yerlik 10 məktəb, 10 uşaq bağçası, uşaq-gənclər, səhiyyə, ictimai iaşə, mədəniyyət müəssisələri, bədən tərbiyəsi və idman qurğuları tikiləcək. Layihə hazırlanan zaman ərazidə geoloji kəşfiyyat işləri də aparılıb. Qobu Yaşayış Massivinin ərazisində 3250 kəşfiyyat quyusu qazılıb. Həmin ərazi yaşayış üçün yararlıdır".

Ə.Həsənov bildirib ki, hazırlanan layihə bir neçə dəfə müzakirə olunduqdan sonra həyata keçiriləcək. Eyni zamanda komitə sədri bildirib ki, tikiləcək yeni yaşayış massivi ən son standartlara cavab verəcək, istilik, elektrik, su təminatı ilə tam təchiz olunacaq.

Qeyd edək ki, layihə yaxın 2-4 il ərzində icra olunacaq. Yaşayış massivinə 90 min məcburi köçkünün köçürülməsi nəzərdə tutulub.

sia.az

Digər xəbərlər