PDF Oxu

Əsas

  • 31

Qənirə Paşayeva vitse-spikerlə görüşüb

Qənirə Paşayeva vitse-spikerlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Strasburqda AŞPA- nın yaz sessiyası çərçivəsində Qırğızıstan parlamentinin vitse-spikeri Asiya Sasykbaeva və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın hər zaman dost, qardaş Qırğızıstanın inkişafında maraqlı olduğunu bildirməklə yanaşı, ölkəmizin bütün istiqamətlərdə Qırğızıstanla əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb. Azərbaycanın və parlamentinin daim bütün beynəlxalq platformalarda qardaş Qırğızıstana dəstək verdyini deyən millət vəkili Qənirə Paşayeva ölkələrimiz arasında münasibətlərin getdikcə daha da inkişafından məmnuniyyətverici olduğunu deyib. Qırğızıstan-Azərbaycan əlaqələrinin, hər iki qardaş-dost ölkənin parlamentləri və beynəlxalq təşkilatlarda parlament nümayəndə heyətləri arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən danışan millət vəkili Qənirə Paşayeva bu əlaqələrin və əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini də vurğulayıb.

Qırğızıstan parlamentinin vitse-spikeri Asiya Sasykbaeva və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Azərbaycan ilə Qırğızıstan arasında həm ikitərəfli, həm də parlament səviyyəsində əlaqələrin getdikcə daha da artmasının məmnuniyyətverici hal olduğunu və bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini bundan sonra da artıracaqlarını bildiriblər. Qırğızıstan nümayəndə heyətinin üzvləri millət vəkili Qənirə Paşayevanı Qırğızıstana dəvət ediblər.

Millət vəkili Qənirə Paşayeva dəvəti məmnuniyyətlə qəbul edərək bildirib ki, o, mayın 8-də Qırğızıstana səfər edəcək və orada bir sıra tədbirlərə qatılacaq. Q.Paşayeva səfər çərçivəsində Qırğızıstan parlamentində olmaqdan və həmkarları ilə görüşüb müzakirələr aparmaqdan böyük məmuniyyət duyacağını da deyib. Millət vəkili Qənirə Paşayeva Qırğızıstan parlamentinin vitse-spikeri Asiya Sasykbaeva və onun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizə dəvət edib.

sia.az

Digər xəbərlər