PDF Oxu

Əsas

  • 30

Musa Quliyev: “Seçkilər yaxınlaşdıqca müxalifətin sayıqlamalarının sayı artır”

Musa Quliyev: “Seçkilər yaxınlaşdıqca müxalifətin sayıqlamalarının sayı artır”

"Bunların hərəkətləri sadəcə olaraq "Sirk"də nömrə göstərən artistlərin fəaliyyətinə bənzəyir"

"Bu, hər zaman olduğu kimi reallıq hissini itirən insanların sayıqlamalarıdır. Hesab edirəm ki, bunu da ciddiyə almaq lazım deyil". Bunu SİA-ya millət vəkili Musa Quliyev aprelin 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Bakı şöbələrinin iştirakı ilə keçirilən müşavirəsinə və həmin müşavirədə Əli Kərimlinin müxalifətçi həmkarlarına "imtina"çağırışı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, bu, sadəcə olaraq onun söylədiyi fikirlərin təkrarıdır və cəmiyyət üçün böyük əhəmiyyət daşımır: "AXCP sədrinin keçirdiyi müşavirədə toplaşan insanlar sadəcə olaraq Əli Kərimlinin, İsa Qəmbərin və radikal müxalifətin girovuna çevrilmiş adamlardır. Hesab edirəm ki, prezident seçkiləri yaxınlaşdıqca, onların sayıqlamalarının sayı da artacaq".

Milli Şuranın yaradılması ilə bağlı artıq müxalifətin daxilində narazılıqların olmasına da aydınlıq gətirən deputat M.Quliyev deyib ki, Milli Şura da mahiyyət etibarı ilə "EL" hərəkatı, "Ziyalılar Forumu" ilə eyni cərgədə dayanır: "Bu mənada hesab edirəm ki, həmin insanlar yeni ideya ilə çıxış etmədiyinə və lokal fikir ortaya qoymadığına görə, bu da digərləri kimi əhəmiyyətsiz bir şeydir. Fikir versək görərik, bunlar daha əvvəl hay-küylə "Ziyalılar Forumu" yaratdıqlarını iddia etdilər amma nəticədə bunun da heç bir effekti olmadı. Daha sonra "El" hərəkatı ilə gündəmə gəlmək istəsələr də, buna da nail ola bilmədilər. Bunların hərəkətləri sadəcə olaraq "Sirk"də nömrə göstərən artistlərin fəaliyyətinə bənzəyir. Gəlin etiraf edək ki, müxtəlif xarici dairələr Azərbaycanda ictimai-siyasi rəyə təsir etmək üçün bunlardan alət kimi istifadə edirlər. Həmin insanların özləri də çox yaxşı dərk edirlər ki, bu hərəkətləri ilə özlərini gülünc vəziyyətə salırlar".

sia.az

Digər xəbərlər