PDF Oxu

Əsas

  • 26

Siyavuş Novruzov: “Biz bunu indiyədək qorumuşuq və bundan sonra da qoruyacağıq”

Siyavuş Novruzov: “Biz bunu indiyədək qorumuşuq və bundan sonra da qoruyacağıq”

"Ümumiyyətlə "Fahişəliyin leqallaşdırılması" ilə bağlı fikir nə Yeni Azərbaycan Partiyası, nə də mənim tərəfimdən olmayıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisdə "İnsan alverinə qarşı mübarizə haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı səsləndirdiyi fikirlərin yalnış anlaşılmasına münasibət bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, bəzi qüvvələr əllərinə düşən imkandan istifadə etməyə çalışırlar: "Mən təklif etmişəm ki, cərimələri artırmaqla problemi həll etmək olmaz. Problemin psixoloji, hüquqi və digər tərəflərini də aydınlaşdırıb, onun həlli mexanizmini tapmaq lazımdır. Hətta bununla bağlı da dünya praktikası vardır. Belə ki, hər hansı bir ölkədə bu əmələ görə verilən iş 18 il təşkil edirsə, digər bir ölkədə isə bunun əksi olaraq ya həmin şəxsi asırlar, ya da ki onu cərimələyirlər. Beləcə onlar problemə yanaşma tərzini müəyyənləşdiriblər. Biz bu məsələni həll etməliyik və problemə geniş aspektən yanaşaraq onun həlli yollarını tapmalıyıq. Əgər sözügedən problem həll olunarsa cəmiyyətin təlim tərbiyəsi də yaxşılaşar. Cəmiyyətdə elə insanlar vardır ki, onlar ya xəstədir, ya da ki müalicəyə ehtiyacları var. Həmin şəxslərə isə mütləq şəkildə həkim və ya psixoloq lazımdır. Amma başqa biri bundan qazanc vasitəsi kimi istifadə etməyə çalışır. Bununla artıq hüquq-mühafizə orqanları mübarizə aparmalıdır. Ona görə də bunların hər birinə eyni baxışdan yanaşmaq olmaz. Hesab edirəm ki, bunlara ayrı-ayrı yanaşma tərzi olmalıdır. Təbii ki, müəyyən qüvvələr bundan şou düzəltməyə çalışırlar. Mənim səsləndirdiyim fikirlərin hər biri stenoqramada durur. Sadəcə onlar əllərinə düşən imkandan istifadə etməyə çalışırlar. Bu yalandır. Biz hər zaman milli-mənəvi dəyərlərimizlə fəxr etmişik. Bunu da indiyə qədər qorumuşuq və bundan sonrada qoruyacağıq".

sia.az

Digər xəbərlər