PDF Oxu

Əsas

  • 27

Tariximizin yetişdirdiyi ən böyük şəxsiyyət - Heydər Əliyev

Tariximizin yetişdirdiyi ən böyük şəxsiyyət - Heydər Əliyev

Şəmkir rayon İcra Hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı və Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin birgə təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-ya verilən məlumata görə, tədbir ilk öncə Şəmkir şəhərinin mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin heykəli önünə tər çiçəklərin qoyulması ilə başlanıb və Şəmkir rayon Heydər Əliyev Mərkəzində davam etdirilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin müdiri Azad Şərifov, Şəmkir rayon Qadınlar Şurasının sədri Nəzixə Zeynalova, Şəmkir rayon Ağsaqqalar Şurasının sədri İsbəndiyar Gözəlov iştirak ediblər.

Tədbiri ilk öncə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev açaraq bildirib ki, Azərbaycan bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Adı öıkəmizdən çox-çox uzaqlarda şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə ilk növbədə ümummilli lider Heydər Əliyevin adı çəkilir. Ulu öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi, sosial inkişafı istiqamətində mühim addımlar atmış, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaradıb.

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxışında bildirib ki, tariximizin yetişdirdiyi ən böyük şəxsiyyətlərindən olan Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti barədə ətraflı danışaraq vurğulayıb ki, Azərbaycanın son 40 illik inkişafı birbaşa onun adı və ideyaları ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin formalaşması, iqtisadiyyatın dinamik, sürətli inkişafı, cəmiyyətin bütün sahələrində aparılan islahatların uğurla nəticələnməsi də Heydər Əliyevin xidmətlərinin nəticəsidir.

F.Vəliyev bildirib ki, olkəmizin tərəqqisi, müasirləşməsi, Azərbaycanın bütün regionlarında quruculuq və abadlıq işlərinin geniş vüsət alması Ulu öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev siyasətinin xalq tərəfindən dəstəklənməsinin bariz ifadəsidir.

Çıxış edən Şəmkir rayon Qadınlar Şurasının sədri Nəzixə Zeynalova vurğulayib ki, Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi xidmətlər barədə saatlarla, günlərlə, aylarla, illərlə danışmaq mümkündür. Xalqımız 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdiyi ilk günlərdə ölkəmiz böyük tarixi sınaqlarla üzləşdi. Belə şəraitdə 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən rəhbərliyə qayıdan Ulu öndər Heydər Əliyev çox ağır, lakin şərəfli bir vəzifəni öhdəsinə götürərək xalqımızı, dövlətimizi məhv olmaq təhlükəsindən xilas etdi. Bundan sonra ölkəmiz inkişaf yolunda addımlamağa başladı. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanımızın inkişaf sükani Heydər Əliyev siyasətinin davamçısı, uzaqgörən Prezidentimiz İlham Əliyevin əlindədir.

Çıxış edən Şəmkir rayon Ağsaqqalar Şurasının sədri İsbəndiyar Gözəlov bildirib ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında inkişaf edib, böyük tərəqqi yoluna çıxıb. Eyni zamanda bu gün, yaşadığimiz XXI əsrin özündə də öıkəmizin inkişafının əsasında Heydər Əliyevin ideyaları, Onun zənğin irsi dayanır. Azərbaycan vətəndaşları bu həqiqəti etiraf edirlər ki,ölkənin tərəqqisi,inkişafı,dünya birliyində özünə layiqli yer tutması mövqelərini möhkəmləndirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.

Çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin müdiri Azad Şərifov bildirib ki, Ulu öndər Heydər Əliyev ideyalarına söykənən Azərbaycan bu gün sürətlə inkişaf edir. Son illər Azərbaycanın bütün sahələrdə böyük inkişaf yolu keçməsi, dünyada iqtisadi artımın sürətinə görə liderliyi ələ alması Prezident İlham Əliyevin səyləri, eyni zamanda Ulu ondər Heydər Əliyevin ideyalarına istinad etməsi ilə əlaqədardır.

A.Şərifov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin hər bir insanın qəlbində öz yeri var və dahı şəxsiyyət hər bir azərbaycanlıya canlı nümunə olmuş və gələcəkdə də örnək olacaqdır.

sia.az

Digər xəbərlər