PDF Oxu

Əsas

  • 14

Müdafiə Nazirliyi: “Bu barədə mətbuata əlavə informasiyalar veriləcək”

Müdafiə Nazirliyi: “Bu barədə mətbuata əlavə informasiyalar veriləcək”

Hər il 24 aprel tarixini ermənilər qondarma "soyqırımı" günü kimi qeyd etməyə, dünya ölkələrinin parlamentlərində və hakim dairləri arasında təbliğat kampaniyalarını gücləndirməyə başlayırlar. Ermənilərin "Böyük Ermənistan" xülyası uğrunda vacib hesab etdikləri addımlardan biri qondarma "soyqırımı" iddiaları ilə gündəm yaratmaq və Türkiyəyə qarşı yönəlmiş planları həyata keçirməkdir. Emənilər, tarix boyunca başqa dövlətlərin tabeçiliyində olub və tabe olduqları dövlətlərin xidmətində durublar.Amma bu da bir həqiqətdir ki, hər il 24 aprel tarixində ermənilər qondarma "soyqırımı" günündə cəbhə xəttində atəşkəsi digər günlərlə müqayisədə daha çox pozurlar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin SİA-ya verdiyi məlumata görə, hələlik bu haqda onlarda heç bir məlumat yoxdur: "Əgər bizdə atəşkəsin adi günlərə nisbətən daha çox pozulması ilə bağlı məlumat olsa, təbii ki, mətbuata əlavə informasiyalar veriləcək".Qeyd edək ki, tarixə nəzər saldıqda, ermənilərin ardıcıl olaraq, əhəməni, makedon, selefki, Roma, Parfiya, sasani, Bizans, ərəb ve türklərin hakimiyyəti altında yaşadıqları görülür. Kiçik erməni hakimliklərinin bir çoxu, bölgəyə hakim olan ve erməniləri öz himayəsinə alaraq onlardan istifadə etmək istəyən dövlətlər tərəfindan yaradılıb.

sia.az

Digər xəbərlər