PDF Oxu

Əsas

  • 25

Zahid Qaralov: “Kitab dahi şəxsiyyət Heydər Əliyevin irsini öyrənmək istəyənlər üçün xüsusi önəm daşıyır”

Zahid Qaralov: “Kitab dahi şəxsiyyət Heydər Əliyevin irsini öyrənmək istəyənlər üçün xüsusi önəm daşıyır”

"Məlum olduğu kimi, prezident İlham Əliyev dahi şəxsiyyət Heydər Əliyevin 90 illiyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı fərman imzalayıb. Biz də bu fərman əsasında bir çox silsilə tədbirlər nəzərdə tutmuşuq". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə "Heydər Əliyevin elmi irsi: Nəzəriyyə və təcrübə" ikicildlik kitabının təqdimatında iştirakı zamanı kitabın müəllifi, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Zahid Qaralov deyib.

Z.Qaralovun sözlərinə görə, bu gün təqdim edilən "Heydər Əliyevin elmi irsi: Nəzəriyyə və təcrübə" ikicildlik kitabı Ümummilli lider Heydər Əliyevin elmi irsinə, onun həyat fəaliyyətinə həsr olunub. Hesab edirıəm ki, bu təqdimat dahi şəxsiyyət Heydər Əliyevin irsini öyrənmək istəyən gənclərimiz üçün xüsusi önəm daşıyır. Biz nəzərdə tutumuşuq ki, kitabı Azərbaycan dilində hazırlayaq və başqa dillərə tərcümə edək və kitab mümkün qədər dost ölkələrimizdə də yayılsın. Artıq kitabın türk dilinə tərcüməsi başlanılıb. Əsərin məzmunu təxminən Ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti, münasibətlər sisteminin, eləcə də onun quruculuq, yaradıcılıq fəaliyyətinin əsaslarını əhatə edir. Kitabın adından da göründüyü kimi, burada ciddi nəzəri müddəalar meydana gəlib".

sia.az

Digər xəbərlər