PDF Oxu

Əsas

  • 37

Əli Əhmədov: «Erməni soyqırımı» tamamilə qondarma və heç bir obyektiv, tarixi əsası olmayan bir məsələdir

Əli Əhmədov: «Erməni soyqırımı» tamamilə qondarma və heç bir obyektiv, tarixi əsası olmayan bir məsələdir

"Erməni soyqırımı" tamamilə qondarma və heç bir obyektiv, tarixi əsası olmayan bir məsələdir". Bu fikri jurnalistlərə açıqlamasında YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, ermənilərin dünyada aparmaq istədiyi qondarma "soyqırımı" təbliğatı Azərbaycan və Türkiyənin apardığı obyektiv tarixi həqiqətlərə söykənən təbliğat əsasında öz dayaqlarını itirməkdədir.

"Ermənilərin yalançı "soyqırımı" təbliğatına qarşı aparacağımız obyektiv və ədalətli işlər ondan ibarət ola bilər ki, biz bütün dünyaya, beynəlxalq təşkilatlara, hər bir ölkəyə bu soyqırımın əsassız olduğunu sübut edək. Beləliklə də, onun Azərbaycan və Türkiyəyə qarşı çevrilmiş bir təbliğat olduğunu əsaslandıraq. Bütövlükdə, bu təbliğatın kökündə Azərbaycan və Türkiyəyə qarşı nifrətin dayandığı faktını və həqiqətini ortaya qoya bilək. Bundan sonrakı illərdə də biz bu fəaliyyətimizi davam etdirməliyik" - deyə, YAP Sədrinin müavini qeyd edib.

yap.org.az

Digər xəbərlər