PDF Oxu

Əsas

  • 23

Mənəviyyat və kamillik nümunəsi olan görkəmli alim

Mənəviyyat və kamillik nümunəsi olan görkəmli alim

YAP Tərtər rayon təşkilatı Zərifə xanım Əliyevanın 90 illiyinə həsr olunan tədbir keçirib

YAP Tərtər rayon təşkilatının qərargahında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90-cı ildönümü ilə bağlı geniş tədbir keçirilib. Tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 126 nəfərdən çox partiya fəalları, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə YAP Tərtər rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açaraq görkəmli oftalmoloq - alim Zərifə Əliyevanın keçdiyi həyat yolundan danışıb: "1985-ci ilin bahar günündə dünyasını dəyişən, parlaq amalların, nəcib duyğuların, tükənməz həyat eşqinin təcəssüm tapdığı bir ömür yaşayan Zərifə xanımın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər il ehtiramla anılır".

K.Məmmədov görkəmli alimin təkcə tibb sahəsində deyil, vətənpərvər, ziyalı, sülhsevər ictimai xadim, təvazökar xeyriyyəçi, həssas qəlbli ana, nəcib təbiətli insan kimi uzun illər Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayaraq, ölkəmizin bütün sahələrinin həmahəng inkişafında yaxından iştirak edərək, əsil vətəndaş kimi yaddaşlara əbədi həkk olunduğunu vurğulayıb.

Rayon mərkəzi xəstəxananın baş həkimi, rayon təşkilatı şurasının üzvü Yaşar Hüseynov bildirib ki, həyat fəlsəfəsi, elmi fəaliyyətini tamamlayan Zərifə xanım Əliyevanın həyat yolu müdriklik, kamillik, mənəviyyat məktəbidir: "Bu məktəbdən hər kəs ibrət götürə, gələcəyini müəyyənləşdirə, mətinliyin, səbrin tək insanın özünə deyil, ətrafındakılara da fayda verməsi həqiqətini aydın hiss edər. 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamış və bütün ömrünü oftalmologiyaya həsr etmişdir. Ötən əsrin 40-50-ci illərində Zərifə xanım Əliyeva respublikamızın bir çox rayonlarında yayılmış traxoma xəstəliyi ilə mübarizəyə başlamış, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması məqsədi ilə dəyərli elmi tədqiqatlar aparıb. O, bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa bəxş etmişdir. Görkəmli alim malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim olmuşdur".

Tədbirdə uşaq poliklinikasının baş həkimi Zəhra Hüseynova, rayon mərkəzi xəstəxanasının cərrahı Mübariz Mahmudov, rayon mərkəzi xəstəxanasının həkim-terapevti Mehriban Kərimova, Azadqaraqoyunlu kənd xəstəxanasının baş həkimi Tofiq Quliyev, Hüseynli kənd həkim məntəqəsinin baş həkimi Brilyant Əhmədova, rayon 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova, rayon mədəniyyət və turizm şöbəsi ərazi ilk partiya təşkilatının sədri Reyhan İsmayılova və başqaları Zərifə xanım Əliyevanın ailədə də cəfakeş, diqqətli bir ana, sədaqətli həyat yoldaşı olduğunu da vurğulayıblar. Çıxış edənlər onu da qeyd ediblər ki, sönməz Zərifə xanım ziyası, əbədi yaşayan Zərifə xanımın xatirəsi həmişə qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər